Tarix : 2011 Jan 25
Kod 20967

Qafqaz Müsəlmanları İdarəsində qeyri müəyyənlik

Dünən bəzi KİV-nin verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi və Qazilər Şurası orta məktəblərdə hicab geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı fətva verib
Azərbaycan servisi/Aran agentliyi

Dünən bəzi KİV-nin verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi və Qazilər Şurası orta məktəblərdə hicab geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı fətva verib. Bu barədə İslam Universitetinin rektoru Sabir Həsənliyə istinad edilib.
Bundan başqa idarənin sözçüsü Rəhimə Dadaşova isə "Deyerler.Org"-a şərhində bildirdi ki, bu məlumatlar əsassız iddiadır. "Bunlar həqiqətə uyğun olmayan informasiyadır. Və təhrif olunmuş fikir əsasında qurulub", -deyə Rəhimə xanım bildirdi.
"Şeyx hicab barəsindəki mövqeyini dəyişibmi?" sualına isə Rəhimə xanım "Şeyx Həzrətləri dini lider olaraq fikrini dəyişən insanlardan deyil. O mövqeyini bildirib"-deyə cavab verdi.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə məktəblərdə yaranan hicab məsələsi ilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirmişdi ki, Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır. "Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər", - deyə QMİ sədri bildirmişdi.
qeyd etmək lazimdir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə son həftələr ərzində hicab qasdağasına etiraz edən dindarların eləcədə Azərbaycan İslam Partiyasını sədri hac Möhsün səmədovun həbsini bir mənalı olaraq dəstəkləmişdir. Eyni zamanda "Təzə pir" məscidi qarşısında ruhanilər və hicablı qıəzların valideynlərinin iki dəfə etiraz mitinqi kəçirməyə baxmayaraq, seyx onları görməkdən imtina etdi, inanclı insanların müraciəti qarşısında süküt ixtiyar etdi, və hicaba qadağa qarşısında əməli addımdan çəkinmişdir.
Həmçini dünən Qafqaz Müsəlmanları İdarəsi və Qazilər Şurası adından İslam Universitetinin rektoru Sabir Həsənli orta məktəblərdə hicab geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı çıxış etmişdir. Bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsi və Qazilər Şurası orta məktəblərdə hicab qadağası ilə bağlı dövlət, və Təhsil Nazirliyinin mövqelərini dəstəkləyir və mömin vətəndaşları da bu qanunlara hörmət etməyə çağırır. "QMİ-yə gəldikdə isə o, elə, dövlətin mövqeyindən çıxış edir",- deyə Sabir Həsənli vurğulamışdır. 

  • Yazılıb
  • da (də) 2011 Jan 25