Tarix : 2011 Jan 26
Kod 20968

Bakı sionist rejiminə yaxınlığını əsaslandırıb

Küveytdə çıxan əl-Rəy əl-Aləm qəzetinə müsahibə verən Elmar Məmmədyarov Bakı ilə sionist rejimin yaxınlığını bu əsaslandırmalar sayıb
Azərbaycan servisi/Aran agentliyi

əsaslandıran Azərbaycan Respublikasının xarici işlər naziri deyib: Azərbaycan Respublikası ordusunun silahlandırılmasına başlayan ilk tərəf İsrail idi. Azərbaycan Respublikası ən böyük azlıq yəhudilərə ev sahibliyi edir və iki tərəf arasında gözəl iqtisadi və təhlükəsizlik əlaqəsi mövcuddur.

Küveytdə çıxan əl-Rəy əl-Aləm qəzetinə müsahibə verən Elmar Məmmədyarov Bakı ilə sionist rejimin yaxınlığını bu əsaslandırmalar sayıb.

Bu vəziyyətin Azərbaycan Respublikası hökumətinin İran və islam dünyası ilə əlaqəsinə təsir qoymadığını iddia edən Məmmədyarov sözünü davam edib: AR İranla qonşudur və İranda çoxlu sayda azəri yaşayır. Onlar da bizim danışdığımız dildə danışırlar. Biz ortaq adət-ənənəyə malikik və İran və Azərbaycan Respublikası arasında çox gözəl qonşuluq əlaqəsi mövcuddur.

Azərbaycan Respublikasının xarici işlər naziri bildirib ki, AR İran və İsrailin döyüş səhnəsi olmayacaq.

Hərbi və təhlükəsizlik sahəsində Bakı və Təl-Əvivin əməkdaşlığını əsaslandıran Məmmədyarov deyib: Bu təhlükəsizlik əməkdaşlığı buna görədir ki, biz işğaldan əziyyət çəkirik və Azərbaycan Respublikası ordusu üçün silah-sursatın alınmasında problemlərlə üzləşmişik. Azərbaycan ordusunun silahlanması üçün müxtəlif ölkələrə istəklər təqdim etmişik. Lakin İsrail bu istəyə müsbət cavab verən ilk tərəf idi.

Azərbaycan Respublikasının xarici işlər nazirinin bu sözləri elə bir halda irəli sürülür ki, sionist rejim Qarabağ müharibəsi zamanı və ondan sonra bu münaqişənin həlli üçün bu respublikaya heç bir kömək etməmiş, üstəlik hər il BMT-də Dağlıq Qarabağın Azərbaycan Respublikasına aid olmasının lehinə səs vermir. Azərbaycan Respublikası Dağlıq Qarabağ müharibəsi zamanı İran İslam Respublikasının hərtərəfli köməklərindən yararlandı. Lakin Azərbaycan Respublikasının siyasi, idarə, hərbi, təhlükəsizlik və media strukturlarında sionistlərin nüfuzu başlandıqdan sonra İranın Azərbaycan Respublikasına köməkləri unuduldu. 

  • Yazılıb
  • da (də) 2011 Jan 26