BMT-nin Cəmiyyət və İnkişaf Fondunun İrandakı nümayəndəsi qadınların hüquqlarının dəstəklənməsi sahəsində İslam Respublikasının fəaliyyətlərini alqışlayıb
Azərbaycan servisi/Aran agentliyi
BMT-nin Cəmiyyət və İnkişaf Fondunun İrandakı nümayəndəsi qadınların hüquqlarının dəstəklənməsi sahəsində İslam Respublikasının fəaliyyətlərini alqışlayıb.
İRNA-nın məlumatına əsasən, BMT-nin Cəmiyyət və İnkişaf Fondunun İrandakı nümayəndəsi Məhəmməd Hulki Öz İran İslam Şurası Məclisinin Cəmiyyət və İnkişaf komitəsinin sədri Möhsün Kuhkənlə görüşdə deyib: Qadın və uşaqların hüquqlarının dəstəklənməsi sahəsində İranın fəaliyyətləri münasibdir və parlament bu sahədə önəmli rola malikdir.
İran İslam Şurası Məclisinin Cəmiyyət və İnkişaf komitəsinin sədri də bu görüşdə İslam Şurası Məclisi ilə BMT-nin Cəmiyyət və İnkişaf Fondunun geniş əlaqələrinin əhəmiyyətini qeyd edərək deyib: İran parlamenti BMT-nin 3-cü minillik inkişafı məqsədlərinin reallaşması üçün hər bir fəaliyyəti müsbət qarşılayır və onu dəstəkləyir.
BMT-nin Cəmiyyət və İnkişaf Fondunun növbəti toplantısının Tehranda keçiriləcəyinə toxunan Kuhkən bildirib: İİR bu fondun fəal üzvlərindəndir və İranın bu fondla əlaqəsi regionun digər ölkələri üçün örnək ola bilər.