APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün saat 15.20 radələrində təmas xəttinin yaxınlığında yerləşən Çıraqlı kəndində qeydə alınıb
Az\rbaycan servisi/Aran agentliyi
Səhər TV--Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində, qoşunların təmas xətti yaxınlığında dinc sakinə atəş açıblar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün saat 15.20 radələrində təmas xəttinin yaxınlığında yerləşən Çıraqlı kəndində qeydə alınıb. Ermənilərin açdığı atəş nəticəsində kənd sakini, 1952-ci il təvəllüdlü Aslanova Aidə Kamil qızı yaralanıb. Qarın və aşağı ətraf nahiyələrindən bir neçə güllə yarası alan qadın Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstəriləndən sonra Hərbi Hospitala yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.