Həbsin siyasi sifarişlə həyata keçirildiyini təsdiqləyən kifayət qədər sübutlar vardır
Azərbaycan servisi/Aran agentliyi
18 yanvar 2011-ci ildə Gəncədə həbs edilən dindarlardan Fəxri İlyasovun vəkili eksklüziv olaraq Faktxeber.com-a açıqlama verib. Həbsin motivləri barədə saytımıza vəkil bildirilib ki, ruhani Fəxri İlyasov tamamilə qondarma ittihamlar əsasında və qanunsuz olaraq həbs edili.
Fəxri İlyasovun vəkili həmçinin qeyd edib ki, "Həbsin siyasi sifarişlə həyata keçirildiyini təsdiqləyən kifayət qədər sübutlar vardır. Fəxri İlyasov Gürcüstana gedərkən qanusuz olaraq sərhədçilər tərəfindən saxlanılıb və axtarışda olduğu deyilib. Onu Qazax rayon polis idarəsinə oradan da Gəncə Şəhər Polis İdarəsinin Nizami Rayon Polis bölməsinə gətiriblər. Bölməyə gətirilən F.İlyasova saxlanmasının səbəbləri barədə heç bir məlumat verilməyib. Bölmədə F.İlyasov polislər tərəfindən dartışdırlaraq, yerə yıxılıb. Bu zaman otaqda olan polislərdən biri otaqdakı texniki avadanlıqları dağıdaraq, səs-küy salmağa başlayıb. Bunu F.İlyasov yerə uzanmış vəziyyətdə izləyib. Bütün bunlar qısa bir müddət ərzində baş verib. Dərhal digər polislər sanki əvvəlcədən hazırlanmış vəziyyətdəymişlər kimi cəld otağa daxil olublar. Onlar akt tərtib edərək, qeyd ediblər ki, guya F.İlyasov texniki avadanlığı dağıdıb, səs-küy salıb, polisləri təhqir edib, həmçinin texniki avadanlığı guya polislərdən birinin başına vuraraq, xəsarət yetirib. Bir sözlə klassik polis variantı tətbiq olunub".
"AR CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmasına baxmayaraq, bu günədək F.İlyasovun hansı səbədən sərhəddə saxlanması barədə heç bir məlumat verilmir. Ümumiyyətlə bu barədə F.İlyasova və mənə heç bir məlumat verilmir. Deyirlər ki, iş materialı Gəncə şəhər prokurorundadır. Halbuki istintaq Gəncə şəhər polis idarəsində aparılır"-deyə Fəxri İlyasovun vəkili həbsin bu səbədən sifarişli olduğunu qeyd edib.
Vəkil Elçin Namazov Faktxeber.com-a bildiorib ki, F.İlyasov ölkədə yaranan hicab qadağası ilə bağlı siyasi sifarişlə saxlanılıb. F.İlyasov hicab problemi gündəmə gələrkən Gəncədə nüfuzu olan ruhani kimi öz mövqeyini ortaya qoymuş və buna etiraz edərək, ölkə rəhbərliyinin bu problemi tezliklə yoluna qoyacağına ümid etdiyini bildirmişdir. Bu barədə ötən ayın sonlarında Bakıda keçirilən konfransda da o açıq şəkildə bildirmişdir. Bütün hadisələrin eyni vaxtda təsadüf etməsi göstərir ki, hakimiyyət, qarşısında açıq etiraz edən şəxslər görməkdən və bunun bütün xalqa sirayət edəcəyindən qorxaraq, təhlükəli hesab etdiyi hər kəsi zərərsizləşdirir.
Vəkil əlavə olaraq bunları söyləyib: "Hazırda F.İlyasov barəsində seçilmiş həbsin dəyişdirilməsinə nail olmağa çalışır və bu tələbinin təmin olunmadığı halda həbsin siyasi sifarişlə olduğu bir daha təsdiq olunacaq. F.İlyasovla eyni vaxtda saxlanılan Azər Cəbiyəvin də müdafiəsi üçün onunla muüqavilə bağlanılıb, lakin Azər Cəbiyəvlə hələ də görüşə bilməmişəm".