Tarix : 2011 Jan 26
Kod 20972

Səmədovun növbəti məhkəmə prosesi keçirilib

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov barəsində çıxarılan həbs qərarından apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov barəsində çıxarılan həbs qərarından apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Əmir Bayramovun sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilən Mövsüm Səmədovun Nəsimi Rayon Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Mövsüm Səmədovun vəkili Anar Qasımovun məhkəməyə tədqi etdiyi şikayətə baxılsa da və onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilən Mövsüm Səmədovun azad olunması barədə vəsatəti ləğv edilib.
Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə Mövsüm Səmədov da iştirak edib. Bu barədə vəkil Anar Qasımov məlumat verib. "Onu əl-qolu qandallı, dəmir barmaqlıqlar arxasında saxlamışdılar. Mən proses başlayan kimi onun əl-qolunun açılması üçün vəsatət qaldırdım, bildirdim ki, Mövsüm Səmədov məhkəməyə özünü müdafiə etmək üçün gəlib. Hakim Əmir Bayramov vəsatəti təmin etdi. Mövsüm Səmədov ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirdi"-deyə vəkil əlavə edib. FaktXeber.com 

  • Yazılıb
  • da (də) 2011 Jan 26