Misirdə diktator Hüsnü Mübarəkin istefasını tələb edən etiraz aksiya iştirakçılarının sayının hər an artığı önə çəkilir
Beynalxalq servisi/Aran agentliyi
Misirdə diktator Hüsnü Mübarəkin istefasını tələb edən etiraz aksiya iştirakçılarının sayının hər an artığı önə çəkilir.
İslam-Azeri.az İnternet qəzetinin "İxvanul Muslimin"in saytına istinadən verdiyi xəbərə görə, artıq etirazçılar diktator Hüsne Mübarəkin şəhərlərdəki şəkillərini yerə salırlar.
Polis və etirazçılar arasında toqquşmalar davam edir.
200 nəfər etirazçı həbs edilib, ən azı 3 nəfər isə həyatını itirib.
Hökümət müxalifət liderlərinin ailələlərini həbs edərək bu yolla onlara psixoloji təzyiq etmək istəyir.
Verilən məlumata görə, "GHAD" partiyasının lideri Əymən Nurun oğlu həbs edilib və naməlum istiqamətə aparılıb.
Həmçinin "İxvanul Muslimin" təşkilatının bir neçə liderləri də həbs edilib.
Hökümət qoşunları bütün jurnalistləri həbs etməyə başladığı bir vaxtda "Əl Cəzirə"nin xüsusi müxbiri Məhəmməd Şakirin naməlum istiqamətə aparıldığı bildirilir.
Etirazçılar Misir prezidenti, baş naziri və hökümətinin istefasını tələb edərək, saxta seçkilərin yenidən keçirilməsini tələb edirlər.