Ermənistan servsi/Aran agentliyi
Səhər TV--"Rusiya Cənubi Qafqazda ən böyük və nüfuzlu oyunçudur".
Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan "Exo Moskvı" radiostansiyasına müsahibəsində deyib.
Sarkisyan vurğulayıb : "Mən Rusiya prezidentinə dinc həll yollarının axtarılması ilə fəal şəkildə məşğul olduğuna görə minnətdaram. Rusiya bizim bölgədə silahlanma yarışının və döyüş əməliyyatlarının bərpasının qarşısını almağa qadirdir. Təsadüfi deyil ki, Rksiya lap əvvəldən danışıqlar prosesinə cəlb edilib."
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyindən danışan Serj Sarkisyan bildirib ki, hazırkı məqamda tərəflərin döyüş əməliyyatlarını bərpa etməməklə bağlı öhdəlikləri çox vacibdir və münaqişənin nizamlanmasının yeganə üsulu dinc üsul, yeganə yolu Dağlıq Qarabağda referendumun keçirilməsi və və ya 1991-ci ildə SSRİ qanunvericiliyi və beynəlxalq hüquqa uyğun şəkildə keçirilmiş referendumun nəticələrinin tanınmasıdır.
Qeyd etmək lazımdir ki, Sudan ölkəsinin referendum yolu ilə iki yerə bölünmə prossesi son vaxtlarda başlanandan bəri MQ-nin "Madrid prinsipləri" adlanan təkliflərinə söykənən Ermənistan DQ-in Azərbaycan Respublikasından ayırmaq cəhlərini gücləndirib.
təqdim ediblər və bu təkliflər münaqişənin məhz kompromislər əsasında həllini nəzərdə tutur: "Orada üç prinsip var. Birinci prinsip ərazi bütbövlüyü, ikincisi xalqın öz müqəddəratını təyin etməsi, üçüncü prinsip isə güc tətbiq edilməməsidir. Ərazi bütövlüyünün nə demək olduğu, öz müqəddəratını təyinetmənin nə olduğu və üçüncü prinsip tamamilə aydındır. 2007-ci ildə həm biz, həm də Azərbaycan çox fikirləşdikdən sonra münaqişənin məhz bu prinsiplər əsasında həllinə razılıq vermşik. Amma Azərbaycan bu prinsipləri özünəməxsus şəkildə şərh etməyə başladı. Söhbət öz müqəddəratını təyinetmə prinsipindən cedəndə onlar deyirlər ki, hə, amma Azərbaycanın tərkibində. Aydındır ki, belə öz müqəddəratını təyinetməni kəsilmiş müqəddəratını təyinetmə adlandırmaq olar. İkincisi: guya, güc tətbiq edilməməsi yalnız dövlətin işğal edilmiş ərazisi olmadıqda keçərlidir".
Serj Sarkisyan erməni tərəfinin mümkün güzəştlərindən danışarkən bildirib ki, ermənilər bir santimetr ərazinin də qaytarılmasını istəmirlər: "Digər tərəfdən, biz başa düşürük ki, istənilən qərar uzunmüddətli sülhə aparmalıdır. Ona görə də güzəştlər vacibdir. Əlbəttə, təminat lazımdır ki, belə uzunmüddətli sülh bərqərar olacaq. Amma azərbaycanlılar dediyi kimi yox: qoy hər şeyi qaytarsınlar, sonra Qarabağın taleyindən danışarıq. Belə olmaz".