Tarix : 2011 Jan 27
Kod 21011

İran Rusiya xalqı və hökumətinə başsağlığı verib

İran İslam Respublikasının prezidenti bir müraciətlə Rusiyada törədilmiş terror əməliyyatını pisləyib
IIR servsi/Aran agentliyi

İran İslam Respublikasının prezidenti bir müraciətlə Rusiyada törədilmiş terror əməliyyatını pisləyib.

İRNA-nın məlumatına əsasən Mahmud Əhmədinejad çərşənbə axşamı günü bir müraciətdə Moskvanın Domodedovo hava limanında terror əməliyyatı nəticəsində bir qrup Rusiya vətəndaşının həlak olması ilə əlaqədar bu ölkə xalqına və hökumətinə başsağlığı verib.

İranın özünün də terror əməliyyatının qurbanı olduğu vurğulanan bu müraciətdə bildirilir: Bu nəhs və anti-insani fenomenlə mübarizə beynəlxalq iradəyə və aydın strategiyaya ehtiyaclıdır.

İran prezidenti öz müraciətində habelə Rusiya xalqının dərdinə şərik olduğunu bildirərək Allah-taaladan həlak olanlara ilahi rəhmət, yaralılara şəfa və hadisə qurbanlarının ailələrinə səbir diləyib.

Bazar ertəsi günü Moskvanın Domodedovo hava limanında terror partlayışı nəticəsində 35 nəfər həlak olub və onlarla insan yaralanıb.

  • Yazılıb
  • da (də) 2011 Jan 27