Tarix : 2011 Jan 29
Kod 21012

Hicab qadağası bir sionist fitnəsidir

Təbriz əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi Dr.Fərhəngi bu iclasda Azərbaycan Respublikası hökumətinin İslam ...
Azerbaijan servsi/Aran agentliyi

Təbrizdə fəaliyyət göstərən Aran Mədəniyyət Mərkəzinin "Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağası" mövzusunda təşkil etdiyi iclasda bildirilib ki, Azərbaycan Respublikasında hicab qadağası böhranının arxasında sionizm dayanır.

Təbriz əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi Dr.Fərhəngi bu iclasda Azərbaycan Respublikası hökumətinin İslam düşmənlərinin dəfələrlə təcrübə olunmuş, hər dəfə məğlubiyyət ilə üzləşmiş və tarixin arxivinə çevrilmiş siyasətinə üz tutmasını tənqid edib və Azərbaycan Respublikası hökumətini xalq ilə anlaşmaya dəvət edib.

Dr.Fərhəngi Türkiyənin İstanbul şəhərində Aşura mərasiminin keçirilməsinə və baş nazir Rəcəb Tayyib Ərdoğanın bu mərasimdə çıxış etməsinə işarə edərək, deyib: Türkiyə baş nazirinin də dediyi kimi xalqların yeganə nicat yolu İmam Hüseyn(ə) yolunu davam etdirməkdir. Amma, Azərbaycan Respublikasında əhalinin əksər hissəsini müsəlmanların təşkil etməsinə baxmayaraq, hələ də İslam etiqadları ilə düşmənçilik edilir. Biz rəsmi Bakının xüsusilə də İlham Əliyev cənablarının bu məsələyə diqqət göstərməsini və İran ilə əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsi üçün proqram hazırlamasını istəyirik.

Dr.Fərhəng bu il İmam Hüseyn(ə) Ərbəini münasibəti ilə mərasimlərin təşkil edilməsində Azərbaycan Respublikası hökumətinin bir çox məhdudiyyətlər tətbiq etməsinə işarə edərək, vurğulayıb: Bu məsələ Azərbaycan Respublikasında hökumət ilə xalq arasında ayrılığın yaranmasından xəbər verir. Əlbəttə, bu ixtilafın törədilməsində habelə İslam ölkələri arasında təfriqə salmaqda sionistlər əsas rola malikdirlər. Çünki, onlar öz qeyri-qanuni varlıqlarını qorumaq üçün İslam ölkələrinə nüfuz etməyi, onlar arasındakı birliyin qarşısını almağı habelə hökumətlər ilə xalqlar arasındakı birliyi pozmağı ən yaxşı vasitə hesab edirlər.

Dr.Fərhəng sonda ümidvarlıq edərək, deyib: Türkiyədə xalqın müqavimət və mübarizə yolu ilə sionistlərin siyasətləri və anti-İslam qərarlar qarşısında dayanaraq, sonda hökuməti öz fikri ilə razılaşdırmağa nail olduğu kimi, Azərbaycan xalqı da öz dini etiqadlarını qorumaq və sionistlər qarşısında müqavimət göstərməkdə öz iradəsini nümayiş etdirmiş olsun.

  • Yazılıb
  • da (də) 2011 Jan 29