Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağasına etirazların davam etdiyi bir şəraitdə bu ölkənin ...
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV-Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağasına etirazların davam etdiyi bir şəraitdə bu ölkənin Təhsil Nazirliyinin bir rəsmisi müsəlmanlara sanki acıq verirmiş kimi hicab qadağasının gələcəkdə universitetlərdə də tətbiq ediləcəyini bildirib.
Yerli mənbələrin bildirdiklərinə görə, Azərbaycan Respublikasının Təhsil Şurasının sədri Əjdər Ağayev deyib: Universitetlərdə də hicab qadağası ilə yanaşı olan vahid geyim forması tətbiq ediləcək.
O, həmçinin deyib: Azərbaycan Respublikasının Nazirlər Kabineti Ali Təhsil Haqda Əsasnaməni təsdiq edib və ona əsasən hər bir universitetdə daxili nizamnaməyə uyğun şəkildə vahid geyimdən istifadə ediləcək.
Ə.Ağayev vahid geyim formasının fakültələrə uyğun hazırlanmasını habelə, tələbələrin geyimlərinin üzərində təhsil aldıqları universitetin nişanının olmasını təklif edib.
İki aydan çoxdur ki, Azərbaycan Respublikasında minlərlə hicablı məktəbli vahid məktəbli formasından istifadə qanunun icra edilməsi bəhanəsi ilə təhsildən məhrum edilib.
Siyasi müşahidəçilər Azərbaycan Respublikasında universitetlərdə vahid geyim formasından istifadə qanununu bu respublikada İslama qarşı yönələn siyasətin genişlənməkdə olmasının nişanəsi hesab ediblər.
Azərbaycan Respublikasında orta məktəblərdə hicabın qadağan edilməsinin ardınca son 2 ayda Bakıda, Gəncədə, Lənkəranda və Nardaran qəsəbəsində hicaba dəstək nümayişləri keçirilib.
Bu arada Türkiyədə Azərbaycan Respublikasında hicab qadağasının tətbiq edilməsinə etiraz olaraq, onlarla aksiya təşkil edilib.
İran İslam Respublikasında da dini təqlid mərcələri, cümə namazı xətibləri və din alimləri, habelə ictimai qurum və təşkilatlar hicab qadağası ilə bağlı Azərbaycan Respublikasında yaranmış vəziyyəti tənqid ediblər.