Tarix : 2011 Jan 27
Kod 21014

İranlı millət vəkili AR medialarını tənqid edib

Təbriz əhalisinin İran İslam Respublikası İslam Şurası Məclisindəki nümayəndəsi və İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Dr.Məhəmməd Hüseyn...
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV-Təbriz əhalisinin İran İslam Respublikası İslam Şurası Məclisindəki nümayəndəsi və İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Dr.Məhəmməd Hüseyn Fərhəngi Bakı medialarının son hörmətsizlikləri haqda deyib: Çox təəssüf doğuran haldır ki, Azərbaycan Respublikasında bəzi televiziya kanalları böyük təqlid mərələrinin Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağası ilə bağlı qeydlərinin ardınca, özlərinə mərcəiyyətə və İrana qarşı mənfi təbliğat aparmağa icazə verirlər.

Dr.Fərhəngi Təbriz şəhərində Aran Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağası ilə bağlı təşkil edilmiş iclasda etdiyi çıxışı zamanı deyib: Bu telekanallar əsasən İran-Ermənistan əlaqələrinə işarə edirlər və bu əlaqələri şişirtməklə öz dövlətlərinin keçmişdə və hazırda Qarabağ məsələsi ilə bağlı yol verdiyi səhvləri ört-basdır etmək istəyirlər. Halbuki, Ermənistan iqtisadiyyatının böyük bir hissəsi Azərbaycan Respublikasından olan tacirlər tərəfindən idarə edilir.

Dr.Fərhəngi Azərbaycan Respublikası hökumətinin bu ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi qarşısında çox zəif və passiv mövqedən çıxış etməsinə işarə edərək, deyib: Əgər həqiqətən Qarabağ Azərbaycan Respublikası hökuməti üçün əhəmiyyətə malikdirsə (əlbəttə ki, əhəmiyyətə malik olmalıdır) bəs nə üçün illərdir bu istiqamətdə heç bir ciddi və müəyyən addım atmayıb? Bunun əvəzində yalnız digər ölkələri, o cümlədən İranı Ermənistan ilə əməkdaşlıq etməkdə ittiham edir. İran dəfələrlə elan edib ki, Qarabağ münaqişəsində vasitəçilik eləməyə hazırdır. Əlbəttə İranın Azərbaycan Respublikasına köməklikləri istər keçmişdə, istərsə də hazırda kifayət qədər çoxdur. Əgər İranın siyasi, iqtisadi və mənəvi dəstəkləri olmasaydı, Naxçıvan da təhlükə və ciddi problemlərlə üzləşmiş olardı. Hətta, bu məntəqənin Azərbaycan Respublikasından ayrılması da ehtimal olunurdu.

  • Yazılıb
  • da (də) 2011 Jan 27