Azərbaycan Respublikasının ANS telekanalı çərşənbə axşamı terror aktları və partlayışlar törətdikləri üçün İrandan qaçmağa məcbur olan terrorçu ''Münafiqlər'' qruplaşması ...
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV-Beynəlxalq Səhər Kanalının Azərbaycan Respublikası xalqının orta məktəblərdə hicab qadağasına qarşı narazılığını əks etdirməsindən qəzəblənən ANS telekanalı İrana qarşı təbliğatların aparılması üçün terrorçu "Münafiqlər" qruplaşmasına üz tutub.
Azərbaycan Respublikasının ANS telekanalı çərşənbə axşamı terror aktları və partlayışlar törətdikləri üçün İrandan qaçmağa məcbur olan terrorçu "Münafiqlər" qruplaşması üzvlərinin çıxışlarını yayımlamaqla, istər-istəməz Azərbaycan Respublikası hökumətinin anti-İran terrorçulara dəstəyini etiraf etmiş oldu. Halbuki, Azərbaycan Respublikası hökuməti bundan öncə anti-İran terrorçuları himayəsini inkar edirdi.
ANS kanalının efir məkanında çıxış edən terrorçu "Münafiqlər" qruplaşması üzvlərindən biri artıq 9 ildir ki, Azərbaycan Respublikasına sığındığını etiraf edib. Terrorçu "Münafiqlər" qruplaşmasının bu üzvü ona Azərbaycan Respublikasında azəri dostlar adlandırdığı amillərin sığınacaq verdiyini deyib.
ANS kanalı İranda günahsız insanları, dinc vətəndaşları, elm adamlarını və dövlət rəsmilərini amansızcasına terror edən "Münafiqlər" qruplaşmasının cinayətkar üzvləri haqdakı reportajında onları vəziyyətin dözülməz olması və siyasi təqiblər nəticəsində İrandan qaçmış şəxslər kimi qələmə verib.
ANS kanalının terrorçuları himayə üzrə bu rüsvayçı hərəkəti Beynəlxalq Səhər Kanalının orta məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı Azərbaycan Respublikası xalqının narazılıqlarını əks etdirməsinə reaksiya olaraq baş tutub.
ANS kanalı həmçinin öz xəbər buraxılışlarından birində rəsmi Bakının cinayətkar İsrail rejimi ilə əlaqələrini əsaslandırmağa çalışaraq, Azərbaycan Respublikasında orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi və rəsmi Bakının terrorçu sionist rejim ilə əlaqələri ilə bağlı tənqidləri narahatlıqla qarşılayıb.