Tarix : 2011 Jan 27
Kod 21016

Bakı mediası ''Səhər''in ifşaçılıqları qarşısında susurlar

Azərbaycan Respublikası mediaları son günlər diqqətləri hicabofobiya siyasətinə qarşı etirazlardan yayındırmaq üçün İranın ...
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV-Azərbaycan Respublikası mediaları son günlər diqqətləri hicabofobiya siyasətinə qarşı etirazlardan yayındırmaq üçün İranın guya Ermənistanı himayə etməsi kimi ağ yalanı əllərində bayraq edib, anti-İran təbliğatlara geniş start veriblər. Amma, elə bu kanallar Beynəlxalq Səhər Kanalının Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin əyləncə tədbirlərindəki birgə iştirakı ilə bağlı ifşaçılıqları qarşısında sanki ağızlarına su alıblar, səsləri belə çıxmır.

Son bir neçə gündə Azərbaycan Respublikasının əksər telekanalları xüsusilə də ATV, ANS və İctimai TV İranın Ermənistanı dəstəkləməsi kimi gülünc və gerçəkliyi əks etdirməyən iddialar irəli sürməklə, İranın təqlid mərcələri və din alimlərinin Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağası ilə bağlı fikir bildirmələri habelə, Səhər kanalının bu məsələ ilə bağlı operativliyi üzrə narahatlıqlarını büruzə versinlər.

Azərbaycan Respublikasının bu telekanalları öz verilişlərində Tehran-Bakı münasibətlərilə müqayisədə həddən artıq aşağı və müqayisə olunmayacaq səviyyədə olan İran və Ermənistan arasındakı adi və standart əlaqələri Tehranın İrəvanı himayə etməsi kimi qələmə verməyə çalışıblar.

Səhər kanalı isə çərşənbə günü saat 21-də efirə gedən xəbərlər buraxılışında faktlara əsaslanan reportajında bu məsələni araşdırmışdır. Bu reportajda cəbhə xəttində azəri əsgərlərin erməni əsgərlərinin gülləsinə tuş gələrək şəhid olduqları bir vaxtda Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin Rusiyada necə şahmat oynadıqları və birlikdə xizək sürdükləri işıqlandırılmışdı.

Bu reportaj Azərbaycan Respublikasında ictimai dairələrin heyrətinə səbəb olsa da, son günlər İranı Ermənistanı himayə etməkdə ittihamlandıran telekanallar sanki qış yuxusuna dalıblar.

Bu arada yaxın günlərdə Azərbaycan Respublikasından Ermənistana əmtəə məhsulları və enerji daşıyıcılarının qaçaq edilməsində hökumət dairələrinin rolu ilə bağlı məlumatlar ifşa ediləcək.

  • Yazılıb
  • da (də) 2011 Jan 27