''Aran'' elmi jurnalının redaksiya heyətinin üzvü və ''Azərbaycan Respublikası Şiələri'' kitabının tərtibatçısı Vəlid Cabbari bu kitabın mərhum İmam Xomeyni(r.ə)-in düşüncələri əsasında ...
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV-Təbrizdə Aran Mədəniyyət Mərkəzində təşkil edilən iclasda "Azərbaycan Respublikası Şiələri" kitabının mühüm mövzuları araşdırılıb.
"Aran" elmi jurnalının redaksiya heyətinin üzvü və "Azərbaycan Respublikası Şiələri" kitabının tərtibatçısı Vəlid Cabbari bu kitabın mərhum İmam Xomeyni(r.ə)-in düşüncələri əsasında hazırlandığını deyib: "İslam İnqilabının Dahi Rəhbərinin düşüncələrinə əsasən dini mədəniyyətin genişləndirilməsi ilə cəmiyyətdə təsirli islamçı cərəyanların şahidi olacağıq. Necə ki, bu gün müxtəlif ölkələrdə onların şahidi oluruq".
F.Cabbari əlavə edib: Azərbaycan Respublikasında bir müddətdir ki, ictimai hadisələrin şahidiyik və bu respublika şiələri islami bir cəmiyyətə doğru hərəkətə başlayıblar.
"Azərbaycan Respublikası Şiələri" kitabının tərtibatçısı həmçinin deyib: Ötən 20 ildə Azərbaycan Respublikasında din mədəniyyəti genişlənib. Bu gün Azərbaycan Respublikasında xüsusilə də gənc nəsil arasında dini maarif və siyasi hökmlərə maraq artıb.
Vəlid Cabbari hicabın Azərbaycan Respublikası ictimaiyyətində çox münasib yerə malik olduğunu deyərək, vurğulayıb: Hicab məsələsi ilə yanaşı bu ölkədə məscidlər də çox yaxşı rövnəqə malikdirlər.
V.Cabbari Azərbaycan Respublikasında İslam mədəniyyətinin genişlənməsi ilə islamçı cərəyanların formalaşdığına işarə edərək, deyib: Bu gün Azərbaycan Respublikası məscidləri etiqadlı gənclərlə doludur. Halbuki, ötən illərdə məscidlərdə bu qədər insana rast gəlmək olmurdu.
Qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikası Şiələri" kitabı bir müddət öncə "Şiəşünaslıq" nəşriyyatının dəstəyi ilə nəşr olunub.