Əgər həqiqətən Qarabağ Azerbaycan Respublikasının ayrılmaz bir hissəsi sayılırsa niyə görə indiyə qədər məsələnin həllində müəyyən bir addım atılmayıb?
Azərbaycan servisi/Aran agentliyi
Əgər həqiqətən Qarabağ Azerbaycan Respublikasının ayrılmaz bir hissəsi sayılırsa niyə görə indiyə qədər məsələnin həllində müəyyən bir addım atılmayıb?
“Aran” xəbər mərkəzi,Azərbaycan bəxşi.
“Aran” ümumi əlaqələr mədəniyyət müəssisəsinin verdiyi məlumata görə İslam şurası məclisinin reyasət heyətinin üzvü Azərbaycan Respublikasında hicabın qadağan olunması barədə söhbət etmiş və Həzrət Ayətullah Sübhaninin Azərbaycan Respublikası Prezidentinə hicab qadağası barədə yazdığı məktubu yada salaraq vurğuladı : "Təəssüflər olsun ki Azərbaycan Respublikasının bir sıra televiziya kanalları mərceyi təqlidin məktubundan sonra İran və mərcəiyyət ələyhinə mənfi təbliğ etməyi özlərinə rəva bilmişlər.
Bu kanallar İranla Ermənistanın ümumi əlaqələrinə işarə edir və bu əlaqələri böyük miqyasda cilvə verməklə səy edirlər ki Qarabağın alınmasında olan keçmiş və hal-hazırdakı səhvlərini gizlətsinlər. Azərbaycan Respublikasının İranla Ermənistan əlaqələrinə irad etməyi bir haldadır ki Ermənistanın iqtisadiyyatının böyük bir qismi Azərbaycan Respublikasının tacirləri tərəfindən idarə olunur".
D.Fərhəngi Azərbaycan Respublikasının 20% işğal altında olan torpağlarının qaytarılması barədə zəif addımlarına işarə edərək vurğuladı : "Əgər Qarabağ Azərbaycan Respublikası dövləti üçün mühümdürsə və gərək bu məsələ mühüm ola niyə görə neçə ildir ki, məsələnin həll olmasında müəyyən addımlar atılmır və fəqət ölkələri o cümlədən İranın Ermənistanla əlaqələrinə görə ittiaham edir? İran dəfələrlə özünün Qarabağ münaqişəsinin həllində hazır olduğunu elan etmişdir.Əlbəttə İrannın Azərbaycan Respublikasına olan köməkləri istər keçmişdə istərsədə hal-hazırda göz qabağındadır.Əgər İranın siyasi, iqtisadi və mənəvi dayağı olmasaydı Naxçıvan xətərilə üzləşə bilərdi, bəlkədə Naxçıvan Azərbaycan Respublikasının tərkibindən çıxarılardı".
D.Fərhəngi Allahın nemətlərinə şükr etməyin zəruriliyini yada salmaqla qeyd etdi : "Azərbaycan Respublikasının dövləti və milləti gərək İran dövləti və millətinin qədrini bilsin ki ,çətin günlərdə İran Azərbaycan dövlətinə və millətinə öz yardım əlini əsirgəməmişdir".
Bunuda qeyd edək ki Azərbaycan Respublikasında hicaba qarşı qoyulan qadağa barədə toplantı “Aran” mədəniyyət müəssisəsində keçirilmişdir.