Tarix : 2011 Jan 29
Kod 21041

“Tunis prezidentinin aqibətindən ibrət götürün”

Ərdəbilin Cümə Namazı xitabətçisi deyib ki, orta məktəblərdə hicablı məktəblilərin qarşısını alan , hicabsızlığı və İslam müqəddəslərinə qarşı çıxmağı ...
Azərbaycan servisi/Aran agentliyi

Ərdəbil,(Səhər TV) - Ərdəbilin İmam Cüməsi deyib:" Bəzi İslam Ölkələrinin başçıları Tunis prezidentinin aqibətindən ibrət götürsünlər".

Ərdəbilin Cümə Namazı xitabətçisi deyib ki, orta məktəblərdə hicablı məktəblilərin qarşısını alan , hicabsızlığı və İslam müqəddəslərinə qarşı çıxmağı sivilizasiya və inkişafla bərabər hesab edən ölkələrin rəsmiləri Bin Əli kimi hakimlərin taleyinə oxşar vəziyyəti gözləməlidirlər.

Ölkələrin daxili məsələləri ilə müsəlmanların dini məsələləri arasında fərqin olduğunu bildirən Höccət-ül-islam Seyid Həsən Amili sonra deyib:" Dünyadakı bütün müsəlmanların dini məsələləri bizim üçün önəmlidir, biz dünyanın hər bir yerində müsəlmanları dəstəkləyir və dini məhdudiyyətlərə də qarşı çıxacağıq və bunun ölkənin daxili məsələlərinə aidatı yoxdur".

Ərdəbilin İmam Cüməsi Əziz İslam Peyğəmbəri(s.a.s)-in vəfatının ildönümünün yaxınlaşmasına toxunaraq xalqı bu günün xüsusi mərasimlərində iştirak etməyə dəvət edib. 

  • Yazılıb
  • da (də) 2011 Jan 29