Tarix : 2011 Jan 29
Kod 21042

Sionistpərəst deputat: hicab cəhalət nişanəsidir!

Eldar İbrahimov Quran-Kərimdə hicabın vacib olması habelə dini dəyərlərə hörmət etmə zəruriliyinə işarə etmədən hicabın qeyrət və namus nişanəsi olmadığını iddia edib
Azərbaycan servisi/Aran agentliyi

Bakı,(Səhər TV) - Bakı Dövlətinin hicabla mübarizəyə qarşı etirazları dayandırmaqda çaşbaş qalması ilə eyni zamanda bu ölkə parlamentinin deputatı etika qaydalarından kənar formada hicabı cəhalət nişanəsi adlandırıb.

Eldar İbrahimov Quran-Kərimdə hicabın vacib olması habelə dini dəyərlərə hörmət etmə zəruriliyinə işarə etmədən hicabın qeyrət və namus nişanəsi olmadığını iddia edib.

Azərbaycan R-da xalqın hicaba günü-gündən artan təmayülündən kəskin formada nigaran olan Eldar İbrahimov sonra deyib: " Hicab məktəblərdə qadağandır, siz öz evlərinizdə hicab başınıza örtüb, hətta gecələrdə onu başınızdan götürməyə bilərsiniz".

Eldar İbrahimov Nazim və Tağı İbrahimovla birlikdə sionist rejimlə yaxın əlaqələrə malik ATV telekanalı və Azərbaycan R-dan xaricdə yaşayan azərilərlə iş üzrə dövlət komitəsini idarə edənlərdirlər.

İbrahimov öz sözlərinin davamında bir çox Qərb ölkəsində müsəlman azlıqlar üçün hicab azadlığının olmasına işarə etmədən deyib:" Azərbaycan R. Avropaya inteqrasiya edən ölkədir və hicabın Azərbaycan R. üçün heç bir faydası olmayacaq".

Azərbaycan R. Parlamentinin bu deputatı həmçinin Azərbaycan R-nın rəsmi və qeyri-rəsmi telekanallarının geniş formada İran İslam Respublikasının məsul şəxsləri habelə ali dini təqlid mərcələrinə qarşı yalançılıqları və qarışıqlıq salmalarına həmçinin İran tarixini təhrif etmələrinə işarə etmədən İran telekanallarının Azərbaycan R-da hicabla mübarizə siyasətini işıqlandırmasından narazılığını bildirib.

İki aydan çoxdur ki, Azərbaycan R-da vahid geyim forması bəhanə edilərək, bu ölkədə minlərlə hicablı məktəbli orta məktəblərə getməkdən məhrum ediliblər.

Azərbaycan R. Təhsil Şurasının sədri Əjdər Ağayev son zamanlar bildirib:" Zərurəti hicabsızlıq olan vahid geyim forması qanununun əhatə dairəsi orta məktəblərdən universitetlərə qədər genişlənəcəkdir".

Azərbaycan R-nın Təhsil Naziri Misir Mərdanov da cümə axşamı günü bu xəbəri təsdiq edərək deyib:" Əlbəttə universitetlərdə vahid geyimin tətbiqi hələ tezdir".

Siyasi müşahidəçilər belə inanırlar ki, Azərbaycan R. rəsmiləri xalq reaksiyaları miqdarını ölçməklə, ona əsasən bu ölkədə İslamla mübarizənin genişləndirilməsi ya dayandırılması haqda proqramlaşdırmalar həyata keçirmək istəyirlər.

Azərbaycan R. xalqının 98 faizini müsəlmanlar təşkil edir, amma bu ölkədə həyata keçirilən İslamla mübarizə hərəkətlərinin bəzisi həyat Sovet İttifaqının hakimiyyəti dövründə də oxşarı olmayıb. 

  • Yazılıb
  • da (də) 2011 Jan 29