Tarix : 2011 Jan 29
Kod 21043

Azərbaycan Respublikası XİN-i sükut edir

Deyilənlərə görə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə yaxın əməkdaşlığa malik olan ANS telekanalı çərşənbə ...
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV-ANS telekanalının Azərbaycan Respublikasında terrorçu Münafiqlər qruplaşması üzvlərinin fəaliyyətindən xəbər verən anti-İran reportajından 3 günün keçməsinə baxmayaraq, bu ölkənin Xarici İşlər Nazirliyi hələ də məsələ qarşısında sükut edir.

Deyilənlərə görə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə yaxın əməkdaşlığa malik olan ANS telekanalı çərşənbə axşamı əlləri İranın inqilabçı xalqının qanına boyanmış terrorçu "Münafiqlər" qruplaşmasının bir neçə üzvü ilə müsahibə aparıb.

Bu reportajda terrorçu "Münafiqlər" qruplaşmasının üzvləri Şükrulla Müttəhimin və Həmid Xərrazi etiraf edirlər ki, azəri dostlarının yardımı ilə müvafiq olaraq 9 və 2.5 ildir ki, Azərbaycan Respublikasında yaşayırlar.

Hətta bir çox Qərb ölkəsi tərəfindən terrorçu olaraq tanınan "Münafiqlər" qruplaşması bir çox İran rəsmisinin terror edilməsi və yüzlərlər günahsız insanın şəhid olması ilə nəticələnən partlayışların törədilməsində şöhrətə malikdir. Belə ki, ötən 30 ildə yüzlərlə günahsız insan bu terrorçu qruplaşma tərəfindən törədilmiş cinayətlərin qurbanına çevrilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə bündan öncə ölkəsinin terrorçuları dəstəkləmədiyini iddia etsə də, yaranmış vəziyyətlə bağlı fikir bildirməkdən çəkinir.

ANS öz reportajında terrorçuları sözdə siyasi təzyiqlər nəticəsində İrandan qaçmağa məcbur olmuş şəxslər kimi təqdim edib.

ANS telekanalı tamamilə naşı bir hərəkətdə, sifariş əsasında BMT-nin mühacirlər və didərginlər üzrə Bakı ofisinin önünə toplaşmış 5-6 münafiqin təsvirini yayımlamış və bunu sanki bir sensasiya imiş kimi işıqlandırmağa səy göstərmişdi. Halbuki, orta məktəblərdə hicab qadağasına etira olaraq minlərlə nəfərin iştirakı ilə keçirilən etiraz aksiyaları nədənsə ANS-in diqqətindən kənarda qalıb. Buda azmış kimi İranın Səhər kanalının hicab qadağası ilə bağlı xalq etirazlarını işıqlandırmasını da narahatlıq və qəzəblə qarşılayıb.

Onu da qeyd etmək lazımdır ki, Tehran Universitetinin nüvə fizikası müəllimi Dr.Məsud Əli Məhəmmədinin terror edilməsində bir nömrəli müttəhim, Mossadın casusu Məcid Cəmali Fəş öz etiraflarında Tel-Əvivə Bakıdan getdiyini bildirmişdi.

Bakı rəsmilərinin İran ilə qonşuluq münasibətlərinə riayətlə bağlı iddialarına baxmayaraq, terrorçu qruplaşmalarla yanaşı, anti-İran separatçı DAK qruplaşmasına bu ölkədə azad fəaliyyət imkanı yaradılıb və Azərbaycan Respublikası hökumətinin aşkar ya gizli dəstəkləri sayəsində İranın ərazi bütövlüyünə qarşı iddialar irəli sürürlər.

ANS kanalı qeyri professional olaraq terrorçu münafiqlər qruplaşması və İran Kürdüstanı Demokrat Partiyası üzvlərinin sifariş əsasında BMT-nin Didərginlər Komissiyasının Bakı ofisi qarşısında keçirdikləri piketi işıqlandırıb ki, son iki ayda bu ölkədə hicab qadağasına qarşı xalqı etirazlarını işıqlandırmaqdan çəkinib və İranın Səhər kanalının da bu məsələ ilə bağlı informasiya çatdırmasından narahatlıq edib. 

  • Yazılıb
  • da (də) 2011 Jan 29