Tarix : 2011 Jan 29
Kod 21059

İrana müdaxilə cavabsız qalmayacaq

İrana hərbi müdaxilə İslam Respublikası tərəfindən dağıdıcı əks hücumla nəticələnəcək
IIR servisi/Aran agentliyi

İrana hərbi müdaxilə İslam Respublikası tərəfindən dağıdıcı əks hücumla nəticələnəcək.

ABŞ, Avropa Birliyi və Yaxın Şərq nümayəndələri Dünya İqtisadi Forumunda İranın nüvə proqramına həsr olunmuş xüsusi görüşdə bu nəticəyə gəliblər.

SalamNews-un “RBK”ya istinadən verdiyi xəbərə görə, keçmiş Amerika diplomatı Riçard Xaass etiraf edib ki, Tehranı nüvə proqramından imtina etməyə məcbur edəcək dinc yolu beynəlxalq ictimaiyyət bu gün də tapa bilmir.

Bununla yanaşı, danışıqlarda Səudiyyə Ərəbistanı tərəfinin nəzərinə görə, Birləşmiş Ştatlar İrana daha çox təzyiq etməlidir.

Yaxın Şərq krallığının varisi şahzadə Turki əl-Feysəlin sözlərinə görə, Vaşinqton Təl-Əvivi öz nüvə silahını məhv etməyə məcbur etməlidir. Ər-Riyadın nəzərinə görə, bu addımlar Tehran üçün nüvə proqramından imtina etməsi üçün bir stimul olar. 

  • Yazılıb
  • da (də) 2011 Jan 29