Tarix : 2011 Jan 29
Kod 21060

''Məşhədi Dadaş'' məscidinin cümə xütbəsindən

Hacı Şahin Həsənli Məhərrəm, Səfər ayının əzadarlığına işarə edərək qarşıda gələn İslam Peyğəmbəri Muhəmməd (s), İmam Həsən (ə) və İmam Rza (ə) həzrətlərinin şəhadət məclisinin keçiriləcəyini bildirib
Azərbaycan servisi/Aran agentliyi

Bu Cümə günü "Məşhədi Dadaş" məscidinin Cümə namazının xətibliyini Hacı Şahin Həsənli icra edib.

İslam-Azeri.Az internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, o, özünü və namaz iştirakçılarını əvvəlcə ilahi təqvaya riayət etməyə dəvət edib.

Hacı Şahin Həsənli Məhərrəm, Səfər ayının əzadarlığına işarə edərək qarşıda gələn İslam Peyğəmbəri Muhəmməd (s), İmam Həsən (ə) və İmam Rza (ə) həzrətlərinin şəhadət məclisinin keçiriləcəyini bildirib.

"Məşhədi Dadaş" məscidinin İmam Cüməsi Kərbəla vaqiəsinə toxunaraq deyib: “Kərbəla hadisəsində iki şey görürük. Birində qəhrəmanlıq digərində isə irfan. Bəzən arif insanı ictimai işlərdən uzaq bilirik. Kərbəla hadisəsində İmam Huseyn (ə) bunun əksini göstərdi. Bütün İmamlarımız bu iki xüsusiyyətə malik olublar. Bu xüsusiyyətlər onlarda qarışıb. İrfan və ictiami mübarizə onların həyatlarında daima olub. Kərbəlanı başa düşmək üçün İmam Huseynin (ə) irfanına bələd olmaq lazımdır. İmam Huseynin (ə) hərəkatı Allaha bağlılığından qaynaqlanır. İmam Huseynin (ə) irfanına nəzər salsaq ilk öncə Ərəfə duasına nəzər salmalıyıq. Duada deyilir: “O göz ki, Səni (Allahı) görmür o göz kordur”. Bu cümlələri oxuyandan sonra insan Kərbəla hadisəsinin həqiqi mənasını anlayır. O bu duanı ömrünün rahat dövründə oxuyur. İmam Huseyn (ə) ancaq çətin günlərdə də bu cürdür. Atdan yıxılanda da bu cür sözləri deyir. Aşura günü döyüşün və ömrünün sonunda deyir: “Bu hadisələrki, sənin tərəfindəndir buna səbr etmək asandır. Səndən başqa Hüseynin (ə) məbudu yoxdur. Axır dəqiqələrində deyirdi bu sözləri. Sənin Bəndən zillətlə kiminsə qabağında boyun əyməz. Hər hansı bir təhlükə olsa belə Allaha tapınan heç nədən qorxmaz və baş əyməz. İmam Huseynin qəhrəmanlığının gücü Allaha ibadətə bağlıdır. İmam Huseyn (ə) bu mübarizəsinin qaynağı namazdır. İmam Huseyn hər şeyindən keçir. Bu Allaha məhəbbətin sayəsindədir. Səni tapan nəyi itirib Allahım? İmam Huseyn (ə) bunu dua halında oxuyur. Ancaq əməli ilə sübut edir. Buna görə də, Kərbəlanı bütün peyğəmbərlər ziyarət edib”.

Dünyadakı qiyamların Allaha xatir olmadığı təqdirdə puç olmasını da önə çəkən Hacı Şahin deyib: “Dünya üçün qalxanlar yaddan çıxır. Ancaq Allah üçün ayağa qalxanlar heç vaxt unudulmur. İmam Huseynin hərəkatı da bu misildəndir. Kərbəlada onlar hər məqamda Allahı yada salıblar. Bizə xəbər versələr ki, birt azdan sizi öldürəcəklər, biz iztirab keçirərik. Ancaq Kərbəla şəhidləri belə deyildi. Onlar bilirdilər ki, bir azdan qətlə yetiriləcəklər. O qəlbki, Allahı zikr edər onlarda aramlıq olar. Allah onlara aramlıq vermişdi. Ona görə, onların qanları qılıncları məğlub etdi. Kərbəla bizə Allahı göstərir. Onların hər hərəkatı Allaha bağlı idi. Döyüşün bütün mərhələlərində Allahın zikrinə rast gələrsən. Döyüşə gedəndə deyir “Allahın hövl və qüvvəsindən başqa hövl və qüvvə yoxdur”. Ölüm xəbəri gələndə “Hamımız Allahdanıq, ona tərəf qayıdacağıq”. Kərbəla başdan ayağa Allaha bağlılığın səhnəsidir. İmam Huseyn (ə) sübut edir ki, namaz üçün qiyam edib”.

Allaha təvəkkül etməyin mühümlüyünə işarə edən "Məşhədi Dadaş" məscidinin İmam Cüməsi sözlərini belə davam edib: “Quranda ayə var: “Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər”. Yəni bütün zalımlar birləşsələr belə, əgər Allah sənin arxanda olsa onlar sənə bir şey edə bilməz”.

İkinci xütbədə isə Hacı Şahin səbr haqqında bir hədisə toxunub və bu barədə söhbət edib.

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2011 Jan 29