Tarix : 2011 Jan 29
Kod 21063

İmam Xomeyninin Hüsnü Mübarəkin taleyi haqda proqnozu

Misir xalqı hüsnü Mübarəki cəhənnəmə vasil edəcəklər
IIR servsi/Aran agentliyi

"AZADxeber.com" Gündəlik İnternet Qəzetinin "İslam Times" saytına istinadən verdiyi xəbərə görə, İmam Xomeyni cənabları bir çox çıxışlarında Misir ölkəsinin adını hallandıraraq bu ölkənin inqilab düşüncəli əhalisinin Ənvər Sadat hakimiyyətini məhv etməsini tərifləmişdir.

Onun çıxışlarının bir hissəsində Misir xalqının gələcək inqilabından söz açılır.
“Ümüdvaram ki, digər millətlər də İran xalqına diqqət edəcəklər. Misir xalqı, İslamın adını çəkən hər kəsi məhv edərik deyən bu sapıq hökumətə etinasızca yanaşmayacaqlar. Bilsinlər ki, Misirdə İslam təhlükə altındadır. Hər bir misirli kişi və qadına bu islama müharibə elan etmiş fasiq hökumətə qarşı qiyam etmək vacibdir.
15 ci cild, s. 318.

Misir xalqı hüsnü Mübarəki cəhənnəmə vasil edəcəklər.
Bu ikinci prezident (Hüsnü Mübarək) onun kimi (Ənvər Sadat) Misirdə hakimiyyət etmək istəyərək özünü tamamilə Amerikanın ixtiyarına verib. Hələ hakimiyyətə gəlməmişdən öncə Amerika və İsraillə əlaqələr quracağını elan etmişdi. Görmədimi ki, öz sələfi xalqın qəzəbinə necə tuş gəldi. Bu iş onun da başına gələcək. Misir xalqı bunu bilməlidirlər ki, əgər bu diktator rejimə qarşı qiyam etsələr,- necə ki İran xalqı qiyam etdi-qələbə çalacaqlar. Misir xalqı komendat saatından qorxmamalı və ona fikir verməməlidirlər. Necə ki, bir zamanlar İran xalqı da komendant saatını qırdı və küçələrə töküldü. Onlar da qırıb küçələrə çıxsınlar və Amerikanın köpüklərini vətəndən çıxatrsınlar. Misir xalqı oturub gözləməsinlər ki, bu aradan getmiş rejim yenidən öz əl ayağını açıb nüfuzunu millətə yeritsin.

Bu gün Misir xalqının qiyam edəcəyi bir gündür. Bu gün hökumətin zəifliyi, xalqın güclü olduğu bir gündür. Bu Misir xalqına, dövlətə bağlılığı olmayan alimlərə bir tapşırıqdır. Misir alimləri gərək ayağa qalxsınlar və Allah xatirinə İslamı müdafiə etsinlər. Bu gün siz qalibsiniz. Bu gün misir xalqı qüdrətlidir . Ordunun dövlət tərəfdarı olması məlum deyil. Amerikanın qullarından başqa. Misir ordusu buna diqqətli olmalıdır. Əgər mən Amerika və İsrailə tabeyəm, İslamdan danışan hər kəsi susduracam deyən bu hökuməti müdafiə etmək istəyirsə ayıbdır. Bu ayıbı ordu gərək qəbul etməsin. İcazə verməsin ki, yenə də İsrail gəlib sizə hakimiyyət etsin və İsrail, Amerika sizin gələcək taleyinizi ələ alsın.
Cild 15, səhifə 285

  • Yazılıb
  • da (də) 2011 Jan 29