Bu həftə Təbrizdə cümə namazının sonunda Şərqi Azərbaycanın ali məktəblərinin və universitetlərinin tələbələri tərəfindən ...
Azerbaijan servsi/Aran agentliyi
Bu həftə Təbrizdə cümə namazının sonunda Şərqi Azərbaycanın ali məktəblərinin və universitetlərinin tələbələri tərəfindən Azərbaycan Respublikasında hicaba qoyulan qadağa məhkum edilərək bəyanat oxunub.
"AZADxeber.com" Gündəlik İnternet Qəzetinin "ARAN" İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, Təbrizin cümə namazı xütbəsində, Azərbaycan Respublikasının dinə zidd olan siyəsi addımlarını atılması, məscidlərin sökülməsi, qadınların hicabla şəkil çəkdirib şəxsiyyət vərəqəsi almaq hüququndan məhrum edilməsi, dövlət mərkəzlərində dini simvolların qadağası və Azərbaycan Respublikasının orta məktəblərində hicabın qadağan olunması Azərbaycan dövlətinin dinə zid olan böyük addımlarından sayıldığı qeyd ediblib.
Bəyanatın ardında Azərbaycan dövlətindən məxsusən İlham Əliyevdən Azərbaycan Respublikasının orta məktəblərində hicaba qoyulan qadağanı tezliklə həll olunmasını istəyərək ölkənin Təhsil Nazirinin öz məsuliyyətindən kənarlaşdırılması və şəxsən özünün Azərbaycan Respublikasının vətəndaşlarından üzrxahlıq etməyini tələb ediblər.
Azərbaycandakı hicab qadağası, dindarları kütləvi həbsi Ərdəbildədə kəskin etirazlara səbəb olub.
Höccətul-islam vəl-müslimin seyyid Həsən Amuli Ərdəbilin cümə namzının xütbələrində qeyd edib ki: “Əgər bir ölkənin rəsmləri qızları orta məktəblərə girişini qadağan etməsi, hicabsızlığı və dini ayinlərlə müxalifətçiliyi öz ölkələrinin inkişafı kimi bilsələr gərək bin Əli kimi hakimlərin aqibətini gözləsinlər”.
Höccətul-islam vəl-müslimin seyyid Həsən Amuli sözlərinin davamında bildirib ki: "Bütün müsəlmanların dini problemləri bizim üçün mühümdür və dinə qarşı qoyulan hər bir məhdudiyyətlə müxalifətçilik edəcəyik."