Tarix : 2011 Jan 29
Kod 21065

Avropa Olkalarinin xütbələrində Azərbaycan mövzusu

Avropanın bir çox məscidlərində qılınan Cümə namazının xütbələrində Azərbaycandakı hicab problemi və ruhanilərin həbsi məsələsi diqqətə gətirilib
Azerbaijan servsi/Aran agentliyi

Avropanın bir çox məscidlərində qılınan Cümə namazının xütbələrində Azərbaycandakı hicab problemi və ruhanilərin həbsi məsələsi diqqətə gətirilib.

İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Hollandiya, Belçika və Almaniyanın bir neçə məscidindəki İmam Cümələr Azərbaycanın orta məktəblərindəki hicab qadağasını və ruhanilərin həbslərini pisləyiblər.

"İslamische Kultur Verein Hannover" Məscidinin İmam Cüməsi Cəfər Bayar dünyadakı müsəlmanların problemlərini digər müsəlmanlar bölüşməsinin vacib olduğunu bildirərək deyib: "Hər kim ki, gecəsini səhər edər və Müsəlman qardaşının haqqında maraqlanmazsa müsəlman deyil. Hətta müsəlman qardaşı rifah halında yaşasa belə onunla maraqlanmalıdır. Hazırda maraqlanmalı olduğumuz ölkələrdən biri də Azərbaycan respublikasıdır. Dünyadakı diktatorların sonunun pis olmasını bildikləri halda, şeytan bəzilərinə vədlər verir. Lakin Firon, Nəmrud, Mussolini, Hitler, Səddam və Tunis diktatorlarını görüb nəticə çıxarmayanlara təəccüb edirəm”.

Almaniyanın Berlin şəhərindəki “İmam Rza” adına məscidinin İmamlarından olan Səbahəddin Türkyılmaz da Azərbaycandakı dindarlara təzyiq və orta məktəblərdəki hicab qadağasını təqnid edərək deyib: “Səslərini dünyaya eşitdirə bilməyən qardaşlarımıza burdan səslənirik; bu zülm və təzyiqlər qarşısında vəhdəti qoruyub, birlikdə mübarizə və səbrlə hərəkət etmək lazımdır”.
Medianı tənqid edən İmam Cümə deyib: “Kiçik bir hadisəni dağ kimi şişirdən media nədənsə Azərbaycandakı hadisələri ört-basdır etmək istəyir. Bu da onu göstərir ki, medianın böyük hissəsi beynəlxalq sionizmin əlaltısıdır. Digər müsəlmanlar kimi, azərbaycanlı müsəlmanlarla birlikdə olduğumuzu və onlara qarşı təzyiq və həbsləri burdan qınayırıq”.

Belçikada xütbələrdə Azərbaycan mövzusu

Avropanın bir çox məscidlərində qılınan Cümə namazının xütbələrində Azərbaycandakı hicab problemi və ruhanilərin həbsi məsələsi diqqətə gətirilib.

İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Hollandiya, Belçika və Almaniyanın bir neçə məscidindəki İmam Cümələr Azərbaycanın orta məktəblərindəki hicab qadağasını və ruhanilərin həbslərini pisləyiblər.


Belçikanın Brüssel şəhərinin "Əl Hadi" məscidinin İmam Cüməsi Şeyx Təvəkkül İslam ölkələrindəki hadisələri düzgün analiz edilməsinin vacibliyini diqqətə çəkib.

Xütbəsində Tövbə surəsinin 32-ci ayəsinə diqqət çəkən Şeyx Təvəkkül deyib: "Onlar istəyirlər ağızları ilə nuru söndürsünlər. Ancaq Allah kafirlərin istəyinə baxmayaraq nurunu tamamlayacaqdır".

Azərbaycanda hicab qadağası və son həbsləri tənqid edən İmam Cümə sözlərini belə davam edib: "Biz bu məsələlərdə sionistlərin əli olmasından heç şübhələnmirik. Lakin ayədə göründüyü kimi, zalim diktatorlar heç vaxt öz istəklərinə çatmayacaqlar. Ancaq Azərbaycan hökümətindən hicab qadağasının ləğvini və ruhanilərin həbsdən azad ediləcəyini ümid edirik".
Belçikanın Beringen şəhərinin İmam Cüməsi Şeyx Əkrəm Türkeli də Azərbaycandakı hadisələrin dünyadakı imperialistlərin oyunlarının bir parçası olduğunu bildirərək deyib: "Azərbaycanın torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal altında olduğu bir zamanda Azərbaycan hökumətinin müsəlmanlara qarşı bu məlum addımları başa düşülən deyil.Bütün müsəlmanlardan məzlumların səsinə səs verməyi xahiş edirəm"

Hollandiyada xütbələrdə Azərbaycan mövzusu

Avropanın bir çox məscidlərində qılınan Cümə namazının xütbələrində Azərbaycandakı hicab problemi və ruhanilərin həbsi məsələsi diqqətə gətirilib.

İslam-Azeri.az İnternet qəzetinin "RastHaber" saytına istinadən verdiyi xəbərə görə, Hollandiya, Belçika və Almaniyanın bir neçə məscidindəki İmam Cümələr Azərbaycanın orta məktəblərindəki hicab qadağasını və ruhanilərin həbslərini pisləyiblər.

Hollandiyanın Roterdam şəhərinin "Hicrət" Məscidinin İmam Cüməsi Şeyx İsrafil Demirtekin müsəlmanları bu mövzuya diqqət etmələrinin vacibliyindən danışıb.

O İslam Peyğəmbərindən bir hədisi nəql edərək deyib: "Hər kim ki, gecəsini səhər edər və məzlum Müsəlman qardaşının kömək və fəryadına cavab verməzsə müsəlman deyil" hədisindən çıxardığımız nəticəyə görə Azərbaycanlı dindarlar fəryad edirlər. Məsələdən tam agah olmasaqda, bu tendesiya mənfi nəticələr doğura bilər. Bunun üçün onlara səbr diləyirik. Sovet rejimindən xilas olduqlarını düşünən Azərbaycan müsəlmanları hazırda oxşar zülmə məruz qalırlar. Lakin dindarları hədəfə alanlar batilin məhv olacağı ayəsindən dərs alsınlar. Çünki batil məhvə məhkumdur. Allahdan əvvəlcə hidayət istəyirəm, əgər hidayət olmayacaqlarsa lütf etsin və öz bildiyi kimi etsin".

Hollandiyanın Lahey şəhərində isə Hacı Şeyx Mürtəza Akbulud xütbəsində alimlərin məqamına toxunaraq ayə və hədislərə işarə edərək deyib: "Allahdan ancaq alimlər qorxarlar", "Alimlər Peyğəmbərlərin varisləridir". Azərbaycanda ruhanilərin həbsini təqnid edən İmam Cümə deyib: "Alimlərə hörmətsizliyin ağır nəticələri olur".
Hollandiyanın Eynxoven şəhərinin "Əhli-Beyt" məscidinin İmam Cüməsi Şeyx Hüseyn Akay da Cümə xütbəsində Azərbaycandakı hicab qadağası və dindarların həbsini pisləyib. O deyib: "Zülm üzərində qurulan sistemlərin sonu xüsran olur. Allah zalımları lənətlədiyi kimi biz də lənətləyirik. Təqvalı azərbaycanlı qardaşlarımıza dualarımızla səbr və müvəfəqqiyyət arzu edirik".

İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2011 Jan 29