Azərbaycan Respublikası məktəblərində vahid hicab qadağasının ortaya atılmasının arxasında Qərbin rəsmi Bakı ilə İran arasında nifaq salmaq ...
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikası məktəblərində vahid hicab qadağasının ortaya atılmasının arxasında Qərbin rəsmi Bakı ilə İran arasında nifaq salmaq və eləcədə İlham Əliyevin üçüncü dəfə prezident kürsüsündə oturmasına mane olmaq hədəfi dayanır.
Talış saytının yazarı Rabil ABDİNOV saytda nəşr etdiyi " HİCAB və SİLAH " adlı məqaləsində yazıb : "
Qərb ölkələri, ABŞ və İsrail Azərbaycan Respublikasından İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmağı tələb edir. Belə bir vəziyyətdə Qərb həm də ölkədə keçirilən son parlament seçkilərinin nəticələrindən də narazıdır. Qərb keçiriləcək seçkiərdə hazırkı ölkə başçısının üçüncü dədə seçilmək istəməsindən də razı görünmür. Bu vəziyyət hökuməti hər hansı bəhanə ilə İranla əlaqələri müəyyən qədər pisləşdirməyə sövq edir. Bu baş verərsə, İrana sanksiyalar tətbiq etməyə əldə bəhanə olar və ya sanksiyalara qoşulmasa belə heç olmazsa, Qərbin nəzərində İranla munasibtlərin pisləşdiyi görüntüsü yarada bilər."
Rabil ABDİNOV-un fikrincə Azərbaycan Respublikası hökuməti təxmin edirdi ki, mktəblərdə hicab qadağası nəinki qonşu Turkiyədə hətta uzaq Fransada xalqın kütləvi etirazına səbəb olub və Azərbaycanda da bu baş verəcək və İran da buna münasibət bildirəcək. Onlar da hicab qadağasına etiraz edən müəyyən islamçıları bir bəhanə ilə həbs edərək İranla əlaqəlndirəcək və İranla münasibətlərə yenidən baxmağa səbəb tapacaqlar. Beliklə hökumət hicab qadağası ilə həm də öz gələcək hakimiyyətini Qərbin gözündə sığortalamış hesab edir. Hökumət bununla Qərbə mesaj göndərdi ki, Azərbaycanda demokratik seçkilər olarsa, İslam fundametalistləri hakimiyyətə gələ bilər.
Talış saytının təhlilçisi əlavə edib : " Hökumətin gözlədiyinin əksinə olaraq İranın rəsmi orqanları Azərbaycanda baş verən olaylara rəsmi səviyyədə münasibət bildirmədilər. Hicab qadağasına münasibət Ayətullah Məkarem Şirazi və Ayətullah Cəfər Subhani kimi din xadimlərindən gəldi. Bunlar isə islam dünyasında nufuzlu din xadimləri hesab olunurlar və İranın hakimiyyəti ilə heç bir əlaqələri yoxdur. Həm də bu şəxslərin bəyanatı məsləhət xarakterlidir. Məkarem Şirazinin bəyanatı "Azərbaycanın hörmətli dövlət rəsmilərinə məsləhət görürəm ki, xalqla həmfikir olsunlar və biganələrin hiylələrinə aldanmasınlar" cümləsi ilə Cəfər Sübhaninin ölkə başçısına məmüraciəti isə "Mən və bütün müsəlmanlar bu əsassız qərarın Sizin tərəfinizdən ləğv olunacağı və xalqın arxası sizə və hökumətinizə söykənəcəyini gözləyirik" cümləsi ilə bitir. Lakin təəssüflə qeyd edirəm ki, bu bəyanat Azarbaycanda hökumət rəsmiləri tərəfindən hörmətsizliklə yad olunur və İranın güya Azarbaycanın daxili işinə müdaxiləsi kimi təfsir edilir. Sanki məktəb direktorunun əl atıb kiminsə qızının başından örpəyi açmasına etiraz edən hökmən İranmeyilli olmalıdır."