Təəssüflə, bir sıra islamı ölkələrdə müsəlmanların taleləri məsuliyyətsiz insanların əlinə düşüb və məzlum insanlara zülm edirlər
Azərbaycan servisi/Aran agentliyi
Aran agentliyi/ Azərbaycan bürosu
Şərqi Azərbaycanın Ədliyyə idarəsinin baş rəisi, İslamı ölkələrdə, o cümlədən Azərbaycanda hicabın qadağan olunmasını məhkum etdi. Təəssüflə, bir sıra islamı ölkələrdə müsəlmanların taleləri məsuliyyətsiz insanların əlinə düşüb və məzlum insanlara zülm edirlər.
"Aran" mədəni müəssisənin məlumatına əsasən, hüccətülislam vəlmüslemin Şərifi Zəncani, beynəlxalq səviyyədə hicab qadağasının hüquqi ekspertlər əsasında tədqiqi iclasında dedi: hicab müsəlman qadının göstəricisi və onu günahlardan qoruyandır. O artırdı: hicab yalnız müsəlmanlara aid deyil, bəlkə etika baxımından hər bir insana lazımdır.
Şərifi xatırlatdı ki, bu gün bütün dünyada qadın və kişinin şəxsiyyəti ağırsanbalı geyimlərdə məlum olur. Qərb islami simvollardan qorxur və bu gün küfrlə mübarizədə Qadının hicabı iti qılınca çevrilib.
Hicabın qadağan edilməsi BMT-nin nizamnaməsinə və insan hüquqlarına uyğun deyil. müsəlmanların hüquqlarından danışanda, nə kimsə eşidir, nə də görür. Bu hadisələr göstərir ki, zülmkar ölkələr insan hüququndan müsəlmanlara zülm etmək üçün istifadə edirlər.
" Beynəlxalq səviyyədə hicab qadağasının hüquqi ekspertlər əsasında tədqiqi və onunla yanaşı Azərbaycan respublikasında orta məktəblərdə hicabın qadağan edilmə hüququ" yanvarın sonlarında Təbrizdə "Aran" mədəni müəssisə və ölkənin şimal-qərb insan hüquqları komissiyası tərəfindən keçirilmişdir.