Tarix : 2011 Jan 30
Kod 21083

ABŞ Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq edib

Birləşmiş Ştatların Bakıdakı səfirliyi bir bəyanatla amerikalı vətəndaşlardan istəyib ki, xüsusilə ictimai yerlərdə və qərbə aid məkanlarda ehtiyatlı olsunlar
Azərbaycan servisi/Aran agentliyi

(Səhər TV)--Amerikanın Dövlət Departamenti bu gün Azərbaycan Respublikasında qərbin mövqelərinə hücum olunmaqla bağlı ehtimala görə bu ölkədə yaşayan öz vətəndaşlarına xəbərdarlıq edib və onlardan istəyib ki, Xəzər dənizinin kənarındakı bu neft ölkəsində ehtiyatla davransınlar.

Birləşmiş Ştatların Bakıdakı səfirliyi bir bəyanatla amerikalı vətəndaşlardan istəyib ki, xüsusilə ictimai yerlərdə və qərbə aid məkanlarda ehtiyatlı olsunlar.

USA-Today qəzeti bugünkü sayında bir xəbərdə bildirib: ABŞ-ın Bakıdakı səfirliyinin bəyanatında ehtimal olunan hücumun mahiyyəti və hücum arxasında hansı şəxslərin dayanması ilə məlumat təqdim olunmayıb. 

  • Yazılıb
  • da (də) 2011 Jan 30