Tarix : 2011 Jan 30
Kod 21085

Ramil Usubov da məktəblərdə hicaba qarşı çıxdı

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubovun ''Azərbaycan'' qəzetinə müsahibəsində orta məktəblərdə hicaba qadağanı dəstəkləyib
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV--Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsində orta məktəblərdə hicaba qadağanı dəstəkləyib.

Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasında qadın və qızlar baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur.

Orta məktəb şagirdləri üçün vahid geyim formasını sərbəstlik hesab edən nazir Usubov Azərbaycnada inanclı qızların hüquqlarına sayğısızlıq olaraq deyib ki, Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər.

Ramil Usubov Azərbaycan Respublikasında Hər hansı bir dinin təmsilçisinə onun dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur desədə müslman qızların hicblı olmasını valideylərin yeniyetmə qızları iki-üç əsr öncəki duruma, geriyə sürükləməkdə ittiham edir. 

  • Yazılıb
  • da (də) 2011 Jan 30