Misirdəki hadisələri bütün dünya, xüsusilə də Misirin ən böyük müttəfiqi ABŞ yaxından izləyir
Azərbaycan servisi/ARan agentliyti
Faktxeber.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama baş verən hadisələri tənqid edib. İngiltərə, Fransa və Almaniya da Misirdə azad və ədalətli bir seçkinin keçirilməsini istəyib. Səudiyyə Ərəbistanı isə hadisələrini qınayıb. Misirdə olan səudiyyəlilərin ölkəni tərk etməsi tələb olunub.
ABŞ bəyan edib ki, Misir prezidenti Hüsnü Mübarəkin hökumətdəki sadə yerdəyişmələri ölkəni bhrandan çıxarmağa kifayət etməyəcək. Prezident Barak Obamanın ABŞ-ın milli təhlükəsizlik sahəsindəki aparıcı şəxsləri ilə görüşdən sonra Ağ Ev bir daha Hüsnü Mübarəki tammiqyaslı siyasi islahatlara çağırıb.
İngiltərə baş naziri David Kamerun Misiri "demokratik qanuniliyin" yaradılması üçün "cəsur addımlar" atmağa çağırıb.
Devid Kemeron bundan əlavə Fransa prezidenti Nikolya Sarkozi və Almaniya kansleri Angela Merkel ilə birgə bəyanatla çıxış ediblər. Onlar Hüsnü Mübarəki silahlı nümayşçilərə qarşı güc tətbiqini dayandırmağa, azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yaratmaq üzərində işləməyə çağırıblar.
İran, baş verən hadisələrdə etirazçıların istəklərinə qulaq asılması lazım olduğunu söyləyib.
İsrail isə yaşananlardan narahatdır. Ancaq səssizliyini qoruyur.