Tarix : 2011 Feb 01
Kod 21106

İsrail səfirliyinin bağlanmasının təfərrüatları

sionist rejimin XİN cümə günündən bağlanan səfirliyin yaxın gələcəkdə açılmayacağını önə çəkib
Azərbaycan servisi/Aran agentliyi

Misirdə etirazlardan sonra sionist İsrail rejimi Qahirədəki səfirliyini bağlayıb.

İslam-Azeri.az İnternet qəzetinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, sionist rejimin XİN cümə günündən bağlanan səfirliyin yaxın gələcəkdə açılmayacağını önə çəkib.

İsrailli diplomatlar isə artıq ölkəni tərk ediblər.

Bu arada İsrail səfirliyinin bağlanmasının təfərrüatları açıqlanıb.

Belə ki, cümə axşam saatlarında 200 nəfər gəncin İsrail səfirliyinə hücum edərək diplomatları fələstinli əsirlərlə dəyişmək üçün girov götürmək istədikləri məlum olub.

Bundan xəbər tutan İsrailli diplomatlar tez bir zamanda Misiri tərk ediblər.

Qeyd edək ki, Hüsnü Mübarək höküməti işğalçı İsraillə ən yaxşı əlaqələrə malikdir və bu səbəbə görə Qəzza əhalisinin blokadada qalmasına şərait yaradıb.

 

 

İslam-Azeri.az 

  • Yazılıb
  • da (də) 2011 Feb 01