Tarix : 2011 Feb 01
Kod 21107

Xalq Parlamentindən AİP sədrinə dəstək

Yerli mənbələrdən daxil olan məlumatlara görə, ''Xalq Parlamentinin'' Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən ...
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV-Azərbaycan Respublikasında "Xalq Parlamenti" İslam Partiyasının sədrini himayə edərək, Hacı Möhsün Səmədovun həbsini siyasi və onun ölkə prezidentinə qarşı tənqidlərindən mənşə alan məsələ adlandırıb.

Yerli mənbələrdən daxil olan məlumatlara görə, "Xalq Parlamentinin" Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən iclasında bir sıra partiya başçıları, o cümlədən Xalq Cəbhəsi və
Musavat partiyalarının sədrləri habelə, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri iştirak ediblər.

Bu iclasda Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib: Hamıya aydındır ki, hökumət müxalifləri onlara cinayət böhtanı ataraq həbs edir.

Ə.Kərimli əlavə edib: İslam Partiyasının sədri Hacı Möhsün Səmədovun həbs edilməsinin əsas səbəbi onun prezidentə qarşı tənqidləri olub. İslamçı fəalların mənzillərindən silah və hərbi sursatın tapılması da elə bu kimi rəftarların davamıdır və hökumətin bu hərəkəti tamamilə gülüncdür. Əgər İslam Partiyasının sədri İlham Əliyevi tənqid eləməsəydi, bu "cinayətkar" dəstə necə ələ keçiriləcəkdi?

Xalq Cəbhəsi Partiyasının sədri həmçinin deyib: Kölgə Parlament Tunis, Misir və İordaniyada xalq qiyamlarını dəstəkləyir və totalitar rejim tərəfindən idarə olunan Azərbaycan Respublikasında da bu kimi qiyamlar istisna olunmur.

Bu iclasda Xalq Partiyasının sədri Pənah Hüseyn də hicablı məktəblilərin təhsildən məhrum olmalarına işarə edərək, hicab qadağasını hökumət tərəfindən bilərəkdən atılmış addım adlandırıb və hicab böhranının süni şəkildə yaradıldığını deyib.

Kölgə Parlamentin iclasında həmçinin yeni üzvlərin qəbul olunması, siyasi və ictimai məsələlər, rüşvətxorluq, məmur özbaşınalığı və bu kimi hallar ilə mübarizə haqda da fikir mübadilələri aparılıb.

Azərbaycan Respublikasında Kölgə Parlament 7 noyabrda keçirilən Parlament seçkilərində geniş saxtakarlıqlar və qanun pozuntularına etiraz olaraq bir sıra siyasi partiyalaraın və ziyalıların iştirakı ilə təsis edilib. 

  • Yazılıb
  • da (də) 2011 Feb 01