AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımovun APA-ya verdiyi məlumata görə, partiyanın sədri M. Səmədov...
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV--Hicab qadasına edəndən sonra guyaki terrora hazırlıqda və digər ağır cinayətlərdə ittiham olunaraq barələrində həbs-qətimkan tədbiri seçilən Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onun müavini və partiyanın Astara rayon təşkilatının rəhbəri Bakı İstintaq Təcridxanasına köçürülüblər.
AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımovun APA-ya verdiyi məlumata görə, partiyanın sədri M. Səmədov, onun müavini Vaqif Abdullayev, qurumun Astara rayon şöbəsinin sədri Ruhulla Axundzadə və M. Səmədovun qaynı Firdovsi Məmmədrzayev indiyədək saxlandıqları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin təcridxanasından Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına köçürülüblər.
İslam Partiyasının fonksionerlərinin hicab qadağasına etirazlarda fəal iştirak edəndən sonra ağır ittihamlarla həbs olunmaları xalq arasında ciddi tənqidlərlə üzləşib.