Tarix : 2011 Feb 01
Kod 21110

Azərbaycan səfiri İran XİN-ə çağrıla bilər

İran İslam Respublikasında fəaliyyət göstərən mətbuat orqanları və media vasitələri terrorçu ''Münafiqlər'' qruplaşmasının Azərbaycan ...
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV-İran İslam Respublikasında fəaliyyət göstərən mətbuat orqanları və media vasitələri terrorçu "Münafiqlər" qruplaşmasının Azərbaycan Respublikasındakı geniş fəaliyyətinə işarə edərək, Azərbaycan Respublikasının Tehrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağrılmasını istəyiblər.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə yaxın əməkdaşlığa malik olduğu bildirilən ANS telekanalı ötən çərşənbə axşamı əlləri İranda yüzlərlə hökumət rəsmisi və dinc vətəndaşların qanına bulanmış terrorçu "Münafiqlər" qruplaşmasının bir neçə üzvü ilə müsahibə apardı.

Bu hadisədən bir həftənin keçməsinə və İran medialarının məsələ ilə əlaqədar müraciətlərinə baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər və Xarici İşlər nazirlikləri hələ də məsələyə münasibət bildirməkdən çəkinirlər.

ANS kanalının reportajında terrorçu "Münafiqlər" qruplaşmasının üzvlərindən olan Şükrulla Müttəhimin və Həmid Xərrazi etiraf edirlər ki, azəri dostlarının köməyi ilə müvafiq olaraq 9 və 2.5 ildir ki, Azərbaycan Respublikasında yaşayırlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə təhlükəsizlik müqaviləsinin əksinə olaraq, müxtəli anti-İran terrorçu qruplaşmaların o cümlədən İran Kürdüstanı Demokrat Partiyası və Pejakın bu ölkədə fəaliyyətə malik olmasına icazə verib.

Terrorçu "Münafiqlər" qruplaşması üzvlərinin Azərbaycan Respublikasındakı iştirakları elə bir haldadır ki, İranlı ficikaçı alim Dr.Məsud Əli Məhəmmədinin terror edilməsində birinci dərəcəli şübhəli Məcid Cəmali Fəşi öz etiraflarında Tel-Əvivə Bakdan səfər etdiyini bildirib.

Terrorçu qruplaşmalarla yanaşı DAK kimi anti-İran separatçı qurum da Azərbaycan Respublikasında azad fəaliyyətə malikdir. Və bu qurum Azərbaycan Respublikasının aşkar və gizli himayələri ilə İrana qarşı ərazi iddiası irəli sürür.

Azərbaycan Respublikasında hicabofobiya siyasəti ilə paralel şəkildə aparılan İranofobiya siyasəti elə bir şəraitdədir ki, İran İslam Respublikası indiyə kimi Qarabağ münaqişəsində Azərbaycan Respublikasının ən böyük himayəçisi olub. Və Azərbaycan Respublikası ilə Naxçıvan arasında quru yolu məhz İran yolu ilə gerçəkləşir.

ANS kanalı tam naşı bir hərəkətdə terrorçu "Münafiqlər" qruplaşmasının 7 üzvünün sifariş əsasında BMT-nin Didərginlər üzrə Ali Komisarlığının Bakı ofisi qarşısındakı piketini işıqlandırmağa cəhd göstərib ki, son aylarda bu ölkədə islamofobiya və hicabofobiya siyasətlərinə etiraz olaraq nümayişləri və xalqın istək və tələblərini işıqlandırmaqdan çəkinib. Bu da azmış kimi Səhər kanalının bu problemləri işıqlandırmasından da narazılıq edib.

  

  • Yazılıb
  • da (də) 2011 Feb 01