Tarix : 2011 Feb 01
Kod 21112

Misirlilər: ''Hüsnü, ABŞ-a get''

Misir müxalifəti - Kifayə hərəkatı, 6 Aprel hərəkatı, Vafd partiyası, Qad partiyası və Müsəlman Qardaşları, prezident Hüsni Mübarəkə cümə gününə qədər iqtidardan getməsi üçün ultimatum veriblər
Azərbaycan servisi/Aran agentliyi

Misir müxalifəti - Kifayə hərəkatı, 6 Aprel hərəkatı, Vafd partiyası, Qad partiyası və Müsəlman Qardaşları, prezident Hüsni Mübarəkə cümə gününə qədər iqtidardan getməsi üçün ultimatum veriblər.

Qahirənin Təhrir meydanında keçirilən aksiyada bu dəfə ABŞ əleyhinə şüarların olması diqqəti cəlb edib. «Hüsnü, ABŞ-a get», «ABŞ, əgər xoşuna gəlirsə, Hüsnünü qəbul et» kimi şüarlar ilk dəfədir ki, aksiyada səsləndirilir.

Bu arada, Misirin nüfuzlu dini lideri Əl Əzhər şeyxi Əhməd əl Tayyib dövlət televiziyası ilə etdiyi müraciətdə ordunun ünvanına xalqa qarşı silah tətbiq etmədiyi üçün xoş sözlər işlədib.

apa 

  • Yazılıb
  • da (də) 2011 Feb 01