Tarix : 2011 Feb 01
Kod 21114

Azərbaycan Respublikasında münafiq və terroristlərin ayaq izləri

.
Azərbaycan servisi/Aran agentliyi

Vəli Cəbbari

Şiə sosiologiyası üzrə mütəxəssis

 

Bir neçə gün öncə Azərbaycan Respublikasının ANS televiziya kanalı artıq bir neçə ildir ki, həmin ölkədə  yaşayan iranlıların video yazılarını, açıqlamalarını efirə verdi. Onlar, əlləri minlərlə məzlum insanımızın qanına batmiş, bir çox ailələrin ürəyinə dağ çəkmiş münafiqlərdirlər. Bu reportajda münafiq qaragüruhçulardan olan Şükrüllah və Həmid Xərrazi ardıcıllıqla 9 və 2/5-dır ki, azərbaycanlı dostlarının vasitəsi ilə bu ölkədə yaşadıqlarını etiraf etdilər. Bundan öncə də “Nəsim” xəbər agentliyi üzə çıxarmışdı ki, münafiq qaragüruhçulardan ikisi Azərbaycan Respublikasının Bakı şəhərində bir supermarket almış və oranı gizli iclaslar, qargüruhçuların fərari pantürkistlərlə görüş yerinə çevirmişlər. Bu Azərbaycan telekanalı həmçinin iddia etmişdir ki, onlar ölkəyə qeyri-qanuni daxil olmuşlar.

Bir neçə gün öncə də İranın təhlükəsizlik orqanları tərəfindən sionizm rejimi ilə  əlaqəli terrorist kimi tutulan Məcid Cəmali İran İslam Respublikası telekanalından yayımlanan etiraflarında bildirmişdir ki, onun Telavivə səfəri Azərbaycan torpaqlarından gerçəkləşmişdir. Belə ki, bu səfərin ilkin hazırlıqları qəsbkar rejimin Azərbaycan Respublikasındakı səfirlyində aparılmışdır.

Habelə digər məlumatlar göstərir ki, münafiq terrorist qruplaşmadan başqa, İran Kürdüstan Demokrat Partiyası, Pejak və bu kimi digər antiiran terrorist qruplaşmalar da Azərbaycan Respublikasında azadcasına hərəkət edirlər.

Münafiq terrorist qruplaşma, hətta bəzi Avropa dövlətləri tərəfindən də terrorist kimi tanınmışdır. Bu qruplaşmanın son üç onillikdə bir çox İran rəsmisinin terror edilməsində, yüzlərlə günahsız İran vətəndaşının faciəli ölümü, yaralanması ilə nəticələnən bomba qurğularının yerləşdirilməsində əli var. Bundan başqa Bakı rəsmilərinin İranla müsbət qonşuluq əlaqələrini qorumaqda maraqlı olduqlarını iddia etmələrinə baxmayaraq, terrorçu qaragüruhçulardan başqa DAK (Dünya Azərbaycanlıları Konqresi) antiiran separatçı qruplaşma da həmin ölkədə Azərbaycan Respublikasının gizli və ya aşkar dəstəyi ilə İran ərazi bütövlüyünə qarşı iddialarla çıxış edirlər.

Bundan öncə terrorçu qruplaşmaları dəstəkləmədiyini iddia edən Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ qarşısında susmağı qərara almışdır. Halbuki Tehran universietinin müəllimi Doktor Məsud Əli Məhəmmədini qətlə yetirən Mosad cəsusu Məcid Cəmali etiraf etmişdir ki, o, Bakıda olmuş və oradan Telavivə uçmuşdur.

ANS telekanalının Azərbaycan Respublikasında münafiq terrorçuların fəaliyyət göstərməsi ilə bağlı antiiran reportajının yayımlanmasından bir neçə gün ötməsinə baxmayaraq, bundan öncə qruplaşmaları dəstəkləmədiyini iddia edən Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ qarşısında susmağı hələ də davam etdirir.

Bu təsdiqlənən xəbərlər zehnimizdə bir neçə məsələni canlandırır:

1. Sionist rejimin Azərbaycan Respublikasının siyasi, ictimai və iqtisadi həyatında fəal iştirakda israrlı olması təhlükəsizlik və cəsusluq fəaliyyətlərini ört-bastır etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının müstəqillik qazanmasından başlayaraq, xüsusilə son bir neçə ildə sionist rejimin fəaliyyətlərinin başlıca məqsədi İran İslam Respublikasına zərbə vurmaq üzərində qurulmuşdur və bunun nümunələri günbəgün özünü göstərir.

2. Azərbaycan Respublikası İran İslam Respublikası ilə ən böyük sərhədi olan dövlət kimi, eləcə də müştərək mədəni və dini cəhətləri səbəbilə ötən iyirmi ildə dəfələrlə İran İslam Respublikasının maddi və mənəvi dəstəklərini görmüşdür. Belə ki, Qarabağ uğrunda gedən döyüşlər boyunca, həmçinin Azərbaycanın çətin iqtisadi vəziyyətində, siyasi-ictimai böhranlarda İran islam Respublikasının dəstəyini görmüşdür.

3. Ölkəmizin Azərbaycan Respublikasının xalqına və dövlətinə baxışı sevgi və qardaşlıq dolu olmuşdur. Bu, ötən 20 ildə dəfələrlə sübuta yetirilimişdir. Lakin (Azərbaycan xalqının yox) Azərbaycan hakimiyyətinin baxışı isə düşməncəsinə olmuşdur. Hakimiyyətə bağlı mətbuat ötən 20 ildə nə istəmişsə yazmış, hansı ittihamı istəmişsə irəli sürmüşdür. Bir zaman pantürkist ideyaları təbliğ etmiş, İran İslam Respublikasının inadçı düşmənlərinə dəstək vermişdir. Başqa zaman isə öz daxili problemlərini iranla əlaqələndirmiş, ölkə müsəlmanlarının İslama meyilliliyini, hakimiyyətə qarşı mübarizəsini İranın öz dini məqsəd və dəyərlərinə yetmək uğrunda apardığı iş kimi göstərməyə çalışmışdır. Bir gün separatçılıqdan dəm vurur, başqa gün isə İslam və müsəlman düşmənlərinə qardaşcasına əl uzadır. Bir gün xəzərdə böran yaradır, digər gün isə sərhədlərə yadelliləri yerləşdirir.

Bir gün onun dövlət başçları öz düşmənləri ermənilərlə bir süfrə arxasında əyləşib xoş söz deyib, xoş söz eşidir, sonra da şahmat oynayırlar. Başqa bir gün isə İranın Ermənistanı dəstəkləməkdə ittiham edirlər. İslam dünyasının bir parçası olan torpaqlarını tarac edirlər, qeyri-müsəlmanlara verirlər, öz xəyanətlərini ört-basdır etmək üçün İran İslam Respublikasını ittiham edirlər.

İndisə eşidirik ki, bu dövlətin torpağı əli əziz müsəlman xalqımızın qanına batmış münafiqlərin, terroristlərin at oynatdığı məkana çevrilmişdir. Bütün bunları müşahidə etdikdə öz-özümə deyirəm: “Bu necə ölkədir ki, Azərbaycan Respublikasının qardaşı adlanır? Bu necə dövlətdir ki, düşmənçilik əli uzatmış və hər gün qonşusuna xəyanəti aşkarlanır?

4. Fikrimcə, Azərbaycan Respublikasının İslamçılara təzyiqinin, dindarları, hicabı müdafiə edənləri əzməsinin başlıca səbəbi tezliklə açığa çıxacağını bildikləri antiiran və terrorçu fəaliyyətlərləri ört-bastır etmək, İslamçılara təzyiqlər göstərməklə İranın beynəlxalq səviyyədə hüquqi addımları qarşısında geri düşməməkdir. Əlbəttə, bilməlidirlər ki, Quran ayəsinə görə Şeytanın hiyləsi çox zəifdir. İslam düşmənlərinin axmaq olması müjdəsi tezliklə özünü güstərəcək.

  

  • Yazılıb
  • da (də) 2011 Feb 01