Tarix : 2011 Feb 03
Kod 21134

RUHANİLƏRİN VƏKİLİ PREZİDENTƏ MÜRACİƏT EDİB

Elçin Namazov: ''Təəssüf ki, Azərbaycanda əsaslar yox, istintaq orqanının istəyi nəzərə alınır. Bu isə insan haqqlarının kobud ...
Azərbaycan servisi/Aran agentliyi

Elçin Namazov: "Təəssüf ki, Azərbaycanda əsaslar yox, istintaq orqanının istəyi nəzərə alınır. Bu isə insan haqqlarının kobud pozuntusudur və Avropa Məhkəməsinin qərarlarında da birmənalı şəkildə qeyd olunur ki, həbslə bağlı olmayan alternativ məhduduiyyətlərə üstünlük verilməlidir"
Gəncədə həbs edilən ruhanilər Fəxri İlyasov və Azər Cəbiyevin vəkili Elçin Namazov müdafiə etdiyi şəxslərin həbsdən buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Bu barədə FatkXeber.com-a ruhanilərin vəkili Elçin Namazov məlumat verib. Vəkilin sözlərinə görə, hazırda məhkəmədən iclasın vaxtı barədə məlumat gözləyir. "Hər iki şəxsin həbsdən buraxılması üçün heç bir hüquqi maneə yoxdur. Əksinə onların həbsdə saxlanması Ali Məhkəmə Plenumunun həbs-qəti imkan tədbirinin seçilməsi ilə bağlı tövsiyyələrinə ziddir. Kimsə həbs olunarkən subyektivliyə yol verilməməli, bunun üçün konkret əsaslar olmalıdır. Təəssüf ki, Azərbaycanda əsaslar yox, istintaq orqanının istəyi nəzərə alınır. Bu isə insan haqqlarının kobud pozuntusudur və Avropa Məhkəməsinin qərarlarında da birmənalı şəkildə qeyd olunur ki, həbslə bağlı olmayan alternativ
 məhduduiyyətlərə üstünlük verilməlidir. Normal məhkəmələrin mövcud olduğu ölkələrdə belə ittihamlarla hətta bu şübhəsiz olsaydı belə yenə də həbs seçilməzdi. Bunu əsaslandırılmış şəkildə məhkəməyə ünvanladığım vəsatətdə qeyd etmişəm. Ümüd edirəm ki, məhkəmə bu qanunsuzluğu aradan qaldırmaq yolunda addım ataraq, onların həbsdən buraxılması barədə qərar qəbul edəcək".

E.Namazov həmçinin qeyd edib ki, müdafiə tərəfinə yaradılan süni problemlərlə bağlı ölkə prezidentinə, Baş Prokurora, daxili işlər nazirinə və Ombudsmana müraciət edib. "Azər Cəbiyevlə bağlı müdafiə tərəfinə daha çox əngəllər yaratmağa cəhd olunur. Onunla görüşlərimiz hələ ki, yalnız kameraların qurulduğu otaqlarda mümkün olub. Bu konfidensial ünsiyyət hüququmuzun kobud pozuntusudur. Qeyd olunan orqanlara müraciətimdə bu və digər ciddi qanun pozuntuları, özbaşınalıqlar barədə göstərmişəm".  

Məlumat üçün bildirək ki, Gəncənin nüfuzlu ruhaniləri olan Fəxri İlyasov və Azər Cəbiyəv AR CM-nin 221.3-cü (xuliqanliq) maddəsi ilə ittiham olunurlar. Onlar barəsinde polis işçilərinə zorakılıq etmələrinə görə, qondarma ittihamla cinayət işi başlanmışdır.

  

  • Yazılıb
  • da (də) 2011 Feb 03