Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1 fevral 2011-ci ildə açıqladığı məlumatda bildirilir ki...
Azərbaycan servisi/Aran agentliyi
Deyerler.org: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1 fevral 2011-ci ildə açıqladığı məlumatda bildirilir ki, son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12 faiz artmış və bütövlükdə doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya gəlmişdir. Ötən il ölkədə nikaha daxil olanların 75 faizini gənclər təşkil etmiş və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artmışdır. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların isə 23-dür.