Beynalxalq servisi/Aran agentliyi
Diktatorun Mübarəkin xalqa atəş açması Türkiyədə sərt etirazlara səbəb olub.
İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gecə saatlarında Misirin İstanbuldakı konsulluğu önündə çox sayda etirazçı bir araya gəlib.
Etirazçılar Misir konsulluğunu mühasirəyə alıblar.
İHH, Mazlumder və "Kardeşlik Platformu"nun çağırışından sonra Misir konsulluğunun qarşısında çox böyük bir mitinq başlayıb.
Diktatorun xalqa qarşı qətliam addımı İHH sədri Büllent Yıldırım, Mazlumder-in İstanbul şöbəsinin sədri Cihad Gökdemir, "Kardeşlik Platformu" adından Nürəddin Şirin, Əhməd Turqut, "Səadət" Partiyası adından Abdulla Sevim, HAS partiyası adından İhsan Sorar tərəfindən sərt tənqid edilib.
Etirazçılar "Məhv olsun diktator" şüarı səsləndiriblər.