Misir diktatoru və şərqdə firon ləqəbiilə tanınan Hüsnü Mübarək postundan getməyəcəyini açıqlayıb
Beynalxalq servisi/Aran agentliyi
İslam-Azeri.az İnternet qəzetinin "Kanal24"ə istinadən verdiyi xəbərə görə, televiziya ilə çıxış edən Mübarək baş vermiş hadisələrdən sonra yeni hökumət qurduğunu, bu hökumətin gənclərin tələblərini nəzərə alacağını, bir çox təbəqənin etirazına səbəb olan problemləri həll edəcəyini, xüsusilə demokratiya məsələsinə həssas yanaşılacağını önə çəkib.
Diktator Konstitusiya dəyişiklikləri vəd edərək postundan yapışmasını açıq-aşkar deyib: “Növbəti seçkidə namizəd olmayacağam. Mən Misirdə doğuldum, Misirdə yaşadım və Misirdə öləcəyəm”.
Milyonlarla etirazçıları başqa qüvvələrlə əlaqələndirən diktator bu qarşıdurmalarda özünü deyil xarici qüvvələri günahkar bilib.
Qeyd edək ki, xalq Mübarəkin bu hiyləsinə inanmadığını və ancaq Təhrir meydanındakı 2 milyon onun əleyhdarının səsinə əhəmiyyət verməsini tələb ediblər.
Təhrir meydanındakı etirazçılar Mübarəkin çıxışını böyük ekranda izlədikdən sonra ayaqqabılarını çıxararaq diktatora sərt şəkildə cavab veriblər.