Azərbaycanda dini azadlığın olmasına baxmayaraq bəzi geridə qalmış şəxslər iddia edirlər ki, qız şagirdlər də hicabla məktbə getməlidirlər
Azerbaijan servsi/Aran agentliyi
“Niyə qızlar ölkə üçün faydalı vətəndaş olmaq əvəzinə valideynlərindən itaət edərək cəhalətə, ötən əsrlərə qayıtmalıdırlar? ” Aran news-un Trend agentliyinə istinadən verdiyi məlumata əsasən, bu sözləri daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
“Azərbaycanda dini azadlığın olmasına baxmayaraq bəzi geridə qalmış şəxslər iddia edirlər ki, qız şagirdlər də hicabla məktbə getməlidirlər. Müasir cəmiyyətdə bu, qəbul edilən deyil. Qız şagirdlər üçün məktəbli uniforması nəzərdə tutulub. Hicab tələb edənlər məktbin yanında və ya evlərində buna əməl edə bilərlər. Soruşmaq lazımdır ki, qadınları hicab geyməyə məcbur edənlər onların fikirlərini öyrəniblərmi? Niyə qızlar ölkə üçün faydalı vətəndaş olmaq əvəzinə valideynlərindən itaət edərək cəhalətə, ötən əsrlərə qayıtmalıdırlar? Azərbaycan qadınları seçimini etmişdir: Azad və müstəqil olmalı, millət və dövlətin inkişafı uğrunda addım atılmalıdırlar” - o, deyib.
“Heç kəs Azərbaycanın sabitliyinə xələl gətirə bilməz. Azərbaycan müxalifləri bilməlidirlər ki, onların ölkə əleyhinə məkirli planları məğlubiyyətə uğrayacaq”, - Usobov bildirib.
O, əlavə edib: “Bizim məmurlar dini radikalizmlə mübarizədə aktivdirlər. Rəsmi dövlət orqanaları bu kimi təbliğatların, sabitliyin pozulmasına imkan verməyəcəklər”.
Xatırladaq ki, Azərbaycan əhalisinin 95 faizi müsəlmandır və əksər qadınlar hicabı dəstəkləyir. Daxili işlər naziri Ramil Usubovun tənqidləri yersiz və milli-dini maraqlara ziddir.