Müsəlman Bakı əhalisinin hər il Allah rəsulunun (s) vəfatı, İmam Həsənin (ə) şəhid olması gününü qeyd edib əzadarlıq ...
Azerbaijan servsi/Aran agentliyi
Müsəlman Bakı əhalisinin hər il Allah rəsulunun (s) vəfatı, İmam Həsənin (ə) şəhid olması gününü qeyd edib əzadarlıq etməsinə baxmayaraq ötən ilki əza mərasimləri yeni bir hərəkatın başlanğıcı idi.
“Aran news” saytının təhlilinə görə, ötən il fevral ayının 13-ündə Bakı əhalisi Füzuli meydanında əzadarlıq edən gənclərin şahidi oldu. Bu hadisə hamının diqqətini cəlb etmişdi. Ona görə ki, bu gənclər uzun illərdən sonra pataxtın mərkəzində açıq şəkildə əzadarlıq edirdilər. Hatta dini etniklər üçün gözəl nəzərə çarpan bu hadisə polis əməkdaşlarının dəxaləti ilə başqa yön aldı. Demək olar ki, Azərbaycan tarixində şiəlik əleyhinə ən faciəvi addım atıldı.
Polis məmurları Əhli-beyt (ə) şairinin adını daşıyan Füzuli meydanında əzadarlıq edən, heç bir siyasi şüar səsləndirməyən gənclərə sionist rejiminin təchizatlandırdığı silahlarla yürüş edərək onları qanına qəltan etdilər.
Paytaxtın Füzuli meydanında baş verən bu hadisə ölkə müsəlmanları üçün ictimai islahatların aparılması üçün başlanğıc hesab edilir.
Demək olar, həmin hadisənin nəticəsidir ki, müsəlman əhali din əleyhinə olan hicab qadağıasına qarşı çıxaraq uzun aksiyalara başlayıblar. Bundan öncə isə dövlət oxşar mübarizələrin önündə geri çəkilərək önündə “Fatiməyi-Zəhra (s)” məscidinin sökülməsi hökmünü ləğv etmişdi.
Xatırladaq ki, bu ilki əza mərasimi polis məmurlarının kəskin nəzarəti altında məscid və hüseyniyyələrdə qeyd edilib..