Tarix : 2011 Feb 04
Kod 21161

Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb

Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə APA-ya Kürdəmir Rayon Polis İdarəsindən bildirilib
Azerbaijan servsi/Aran agentliyi

Hadisə bu gün saat 17.00 radələrində Kürdəmir rayonu ərazisində qeydə alınıb. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “SU-25” markalı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə zamanı ölən olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O, hazırda hadisə yerində olduğunu deyib, təyyarədə olan hər iki ekipaj üzvünün xilas olduğunu bildirib: “Xoşbəxtlikdən qəza nəticəsində ölən və xəsarət alan yoxdur”.

E. Sabiroğlu hadisə barədə daha sonra geniş açıqlama veriləcəyini deyib.

  • Yazılıb
  • da (də) 2011 Feb 04