Tarix : 2011 Feb 04
Kod 21162

QMİ-nin bölgə qazısı mövsüm səmədovu müdafiə etdiyi üçün işdən çıxarıldı

Onun vəzifədən azad edilməsinə həbs edilmiş Azərbaycan İslam Partiyasının (AİP) nümayəndələri Dəyanət Səmədovu və Firdovsi Məmmədrzayevi müdafiə etməsi səbəb olub
Azerbaijan servsi/Aran agentliyi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı Hacı Naib Səttarov vəzifəsindən azad edilib. Onun vəzifədən azad edilməsinə həbs edilmiş Azərbaycan İslam Partiyasının (AİP) nümayəndələri Dəyanət Səmədovu və Firdovsi Məmmədrzayevi müdafiə etməsi səbəb olub. Belə ki, onların hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra Quba rayon İcra Hakimiyyətində (RİH) tədbir keçirilib. Tədbirdə RİH rəhbərliyi ilə yanaşı, digər dövlət qurumlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, bölgə ziyalıları iştirak edib. Tədbirdə bütün çıxış edənlər D. Səmədovu və F. Məmmədrzayevin hərəkətlərini pisləyiblər. QMİ-nin şimal bölgəsi üzrə qazısı Hacı Naib Səttarov isə çıxışında D. Səmədovu və F. Məmmədrzayevi müdafiə edib. Hacı Naib hətta F. Məmmədrzayevə xitabən “o mənim qardaşımdır” deyib.

Bir həftə sonra Hacı Naib QMİ-yə çağırılıb və QMİ-nin Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı vəzifəsindən azad edilib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında Hacı Naibin işdən çıxması faktını təsdiqləyib. Lakin o bildirib ki, Hacı Naib Səttarov işdən çıxarılmayıb, vəzifədən öz ərizəsi ilə uzaqlaşıb: “Ərizəsində şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə vəzifədən çıxmaq istədiyini.

  • Yazılıb
  • da (də) 2011 Feb 04