Türkiyə servisi/Aran agentliyi
İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün İstanbulun Bəyazit meydanında Misirdə Mübarək rejiminin casusları tərəfindən öldürülənlər üçün qiyabi cənazə namazı qılınıb.
Namazdan sonra Mübarək rejiminə qarşı sərt şüarlar səsləndirilib.
Bu gün İstanbulda Misirdəki hadisələrə reaksiya verənlərin sayı mindən çox olub.
"İxvana, Bənnaya İstanbuldan min salam", "Məhv olsun ABŞ", "Məhv olsun diktatorlar", "Firon diqtəsi, İsrail kuklası" və s. şüarlar səsləndirən istanbullular həmçinin "İxvanul Musliminin" təmsilçisinin də çıxışına qulaq asıblar.