Tarix : 2011 Feb 05
Kod 21192

Qonşu ölkələrin mütəxəssisləri İranda təlim kursundadırlar

Hazırda qonşu ölkələrin tibb mütəxəssisləri yoluxucu xəstəliklər üzrə təlim kursunda iştirak üçün İrana səfər edir, uzun və qısa müddətli kurslarda iştirak edirlər
IIR servsi/Aran agentliyi

(Səhər TV)-Malyariya xəstəliyi habelə, siqaret və narkotikə aludə olmq sahəsində qonşu ölkələrin tibb mütəxəssisləri İranda təlim kurlsarında iştirak edirlər.

Mərkəzi Xəbər Bülleteninin xəbər bölməsinin Vebdaya istinadən verdiyi məlumata əsasən, Mərziyyə Vəhid Dəstcerdi Yaponiyanın İrandakı səfiri Kin İçi Kumanu ilə görüşdə bu xəbəri bildirərək deyib: İran ölkədə xəstəliklərin qarşısının alınması barəsində hər nə qədər çalışarsa və vəsait xərcləyərsə, yenə də malyariya kimi bəzi xəstəliklər qonşu ölkələrdən İrana daxil olur. Buna görə bu xəstəliklərin qarşısının alınması üçün qonşu ölkələrin iştirakı ilə "5-ci qrup ölkələri" qrupunun təşkil olunmasını məsləhət gördük. Hazırda bu regional əməkdaşlıq qrupunun daimi katibliyi İranda yerləşir.

Vəhid Dəstcerdi habelə deyib: Hazırda qonşu ölkələrin tibb mütəxəssisləri yoluxucu xəstəliklər üzrə təlim kursunda iştirak üçün İrana səfər edir, uzun və qısa müddətli kurslarda iştirak edirlər.

İranda Tibb Universitetlərinin fəaliyyət göstərməsini və sağlamlığın idarə olunması sahəsindəki diqqətin göstərilməsinə işarə edən Vəhid Dəstcerdi deyib: Hazırda bu mərkəzlərdən bəzisi müxtəlif sahələrdə elm qütbünə çevrilmişdir. Misal üçün əgər Tehranda ildə 20 qaraciyər peyvənd olunursa, Şirazın Nəmazi xəstəxanası ildə 200 qaraciyər peyvəndi həyata keçirir. Bu da bu sahədə ölkənin elmi qütbü sayılır.

  • Yazılıb
  • da (də) 2011 Feb 05