Tarix : 2011 Feb 05
Kod 21193

AİP sədri qanunsuz olaraq vəkilin iştirakı olmadan dindirilib

hökuməti sərt tənqid edəndən sonra həbs olunan Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədov...
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV--Hicab qadağasına görə hökuməti sərt tənqid edəndən sonra həbs olunan Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədov, dünən Bakı İstintaq Təcrdixanaında qanunsuz olaraq vəkilin iştirakı olmadan şifahi dindirilib.
Bu barədə Hacı Möhsün Səmədovun vəkili Anar Qasımov məlumat verib.
Onun sözlərinə görə, istənilən halda hüquqlarını qoruduğu şəxsin, ondan xəbərsiz olaraq dindirlməsi qanunuszluqdur.
"Dünən Möhsüh Səmədovla görüşmüşəm. Səhhəti normaldır və özünü yaxşı hiss edir. Sadəcə olaraq ölkədə baş verən ictimai-siyasi hadisələrdən xəbərdar olması üçün həbsxana rəhbərliyindən qəzetlər istəsə də, onun istəyi nəzərə alınmayıb. Bundan əlavə hüuquqlarını qoruduğum şəxsi, məndən xəbərsiz olaraq yenidən dindiriblər. Müstəntiq Möhsünbəyin tanımadığı və bizə də adını açıqlamadığı bir şəxslə Bakı İstintaq Təcridxanasına gəlib. Biz də bununla bağlı bir başa İstintaq Təcridxanasının vasitəsilə istintaq qrupunun rəhbərinə Möhsün Səmədovun vəsatətini göndərdik və bundan sonra hər hansı bir istintaq hərəkəti aparılarkən mütləq vəklin iştirakının təmin olunmasını onun nəzərinə çatdırdım"-deyə vəkil Anar Qasımov bildirib.

  • Yazılıb
  • da (də) 2011 Feb 05