Tarix : 2011 Feb 05
Kod 21194

Qafqaz Müsəlmanları İdarəsinə tənqidlər artıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı Hacı Naib ...
Azerbaijan servsi/Aran agentliyi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı Hacı Naib Səttarov vəzifəsindən azad edilməsi idarənin ünvanına tənqidlərə gətirib çıxarıb.

Bölgə qazısı Hacı Naib Səttarov vəzifədən azad edilməsinə həbs edilmiş Azərbaycan İslam Partiyasının (AİP) nümayəndələri Dəyanət Səmədovu və Firdovsi Məmmədrzayevi müdafiə etməsi səbəb olub.
QMİ-nin şimal bölgəsi üzrə qazısı Hacı Naib Səttarov Quba rayon İcra Hakimiyyətində (RİH) təşkil olunmuş tədbirdəkı çıxışında D. Səmədovu və F. Məmmədrzayevi müdafiə edib. Hacı Naib hətta F. Məmmədrzayevə xitabən "o mənim qardaşımdır" deyibBir həftə sonra Hacı Naib QMİ-yə çağırılıb və QMİ-nin Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı vəzifəsindən azad edilib.
Quba rayonundan aldığımız məlumata əsasən, QMİ-nin bu qərarı dindarların narazılığına səbəb olub.

  • Yazılıb
  • da (də) 2011 Feb 05