Azərbaycan Respublikası hökumətinin Türkiyədəki keçmiş lobbisi Yəhya Daşdələn ölkənin ''Diaspora'' üzrə dövlət komitəsində yeyintilərin bəzi hallarını açıqlayıb
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV--Azərbaycan Respublikası hökumətinin Türkiyədəki keçmiş lobbisi Yəhya Daşdələn ölkənin "Diaspora" üzrə dövlət komitəsində yeyintilərin bəzi hallarını açıqlayıb.
Vaxtıyla Türkiyədə lobbi fəaliyyəti qurmaq üçün Bakıdan 1 milyon dollar para almış Heydər Əliyevin keçmiş lobbisi "Azadlıq" qəzetinə deyib : "
Azərbaycandakı diktatura rejimi beynəlxalq arenada özünü mifoloji və əfsanəvi şəkildə qəbul etdirməyə çalışırdı. Ancaq bunun qəbul edilməsi mümkün deyildi. Çünki ölkə daxilində xalqa narkoz verərək onu uyutmağa çalışan bu siyasət dünyada heç kimə lazım deyildi. Azərbaycanda dünya siyasətindən bixəbər olan bəzi adamların dünyanı turist kimi dolaşaraq keçmiş prezidenti təbliğ etmələri çox gülünc qarşılanırdı."
Yəhya Daşdələn əlavə edib : " Beynəlxalq miqyaslı macəraçı, siyasi səyyah olan Nazim Ibrahimova Türkiyə də daxil olmaqla, xaricdəki azərbaycanlıları təşkilatlandırmaq işi tapşırılıb. Bu vəzifənin ona verilməsində Ramiz Mehdiyev və Hidayət Orucovun mühüm rolu olub. Şübhəsiz, bu fəaliyyət Nazim Ibrahimova özəl mənfəətlər də qazandırır. Mehdiyev-Orucov-Ibrahimov üçlüyü öz planlarını həyata keçirməyə başlayanda Azərbaycanın Ankaradakı səfiri də bu prosesdən kənarda qalmamaq, masaya gələn bu tortdan pay almaq istəyirdi."
Rəsmi Bakının keçmiş lobbisi əlavə edib : " Prezident Əliyev bu işlərin uğurla aparılması üçün Ankaraya 1 milyon dollar pul göndərmişdi. Buradakı əsas məqsəd Ankarada bir Azərbaycan Evi açmaq idi (Nyu-Yorkdakı Türk Evi kimi). Ancaq bu fürsəti əldən qaçırmayan səfir Məmməd Novruzoğlu tələm-tələsik Ihsan Doğramacı ilə Azərbaycan Dostluq Vəqfi qurdu. Prezidentin göndərdiyi pulun bir qismi Vəqfə verildi, yerdə qalanı isə "buxarlandı"!
Keçmiş lobbi Azərbaycan Respublikasının Ankaradakı səfiri ilə münasibəıtlərini də açıqlayıb : " Onun əsas işi yüksək vəzifədə olanlara köynək, qalstuk, ailələrinə hədiyyə təşkil etmək idi. Inkar etmirəm, bu hörmətli səfirimiz arabir mənə də viski hədiyyə verərdi. O, Hidayət Orucova xüsusi diqqət yetirirdi, çünki elə fikirləşirdi ki, prezidentin yanında Orucovdan daha yuxarı etibarı olan birisi yoxdur. Halbuki, elə bir şey yox idi."