Tarix : 2011 Feb 05
Kod 21196

Misir və Tunis qiyamlarının AR-a təsirləri

Tunis və Misirdə fəsad, korrupsiya, anti-islami hərəkətlər və diktaturaya asılılığa qarşı ictimai qıyam öz təsirlərini Azərbaycan Respublikasında göstərir
Azerbaijan servsi/Aran agentliyi

 (Səhər TV)-Tunis və Misirdə fəsad, korrupsiya, anti-islami hərəkətlər və diktaturaya asılılığa qarşı ictimai qıyam öz təsirlərini Azərbaycan Respublikasında göstərir.

Son günlər ərzində Azərbaycan Respublikasında müxtəlif hökumət rəsmiləri fəsad və korrupsiya ilə ciddi mübarizələrini vurğulayırlar.
Baş prokuror Zakir Qaralov fevralın 4-də keçirdiyi geniş kollegiya iclasında deyib : «Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir».

Baş prokuror qeyd edib ki, əməkdaşlar tərəfindən cinayət işlərinin istintaqı və yoxlamalar zamanı rüşvət istənilməsinə, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə qarşı ən ciddi tədbirlərin görülməsi təmin olunmalıdır.

Həmçinin Vergilər Nazirliyində kollegiya iclasında vergilər naziri Fazil Məmmədov deyib : " Vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ hallar bütün vergi xidmətinin nüfuzuna xələl gətirib. Bu isə Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır."

Digər bir xəbərdə Bakı Baş Gömrük İdarəsinin Yük Şöbəsinin inspektorları Müseyyib Əzizov, Mirələm İsmayılov, kompüter operatorları İsmayıl Əhmədov və Natiq Quliyev. Həmin şəxslərin saxta gömrük bəyannamələri tərtib etməklə vəzifə saxtakarlığı etdikləri deyilir.
Bu dəyişikliklərdən öncə isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yanvarın 27-də Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclasını keçirib. Korrupsiya ilə mübarizənin hökumətin prioritetlərindən biri olduğunu bildirib.

Qərbyönümlü müxalifət mövqeyində olan Müsavat Partiyası başqanı İsa Qəmbər hökumətin son addımlarının kosmetik və müvəqqəti xarakterli olacağını düşünür. O deyir ki, korrupsiya üstündə qurulmuş bu hakimiyyət sadəcə Yaxın Şərqdə başlanan inqilabi dəyişikliklərdən sonra bu addımları atmağa vadar olub.

  • Yazılıb
  • da (də) 2011 Feb 05