Tarix : 2011 Feb 05
Kod 21197

AR-da islamçı fəallara qarşı ittihamlar təkrarlanır

Azərbaycan Respublikasında hicablı məktəblilərin orta məktəblərə getməsinə qadağanın davam etməsi ilə yanaşı bu ölkənin baş prokuroru hicab
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikasında hicablı məktəblilərin orta məktəblərə getməsinə qadağanın davam etməsi ilə yanaşı bu ölkənin baş prokuroru hicab müdafiəçilərini qorxutmaq üçün islamçı fəallara qarşı ittihamları təkrarlamağa başlayıb.

Bakıdakı yerli mənbələrin verdiyi məlumata əsasən, Azərbaycan Respublikası baş prokuroru Zakir Qarayev ölkə prokurorlarının toplantısında iddia edib ki, İslam partiyası hakim quruluşun devrilməsi üçün elanlar veribmiş.

İslamçı fəallar tərəfindən silah-sursatın saxlanılması iddiasının Azərbaycan Respublikası xalqının əksəriyyəti tərəfindən bir növ ümumi fikrin aldadılması hesab olunmasına işarə etməyən Zakir Qarayev iddia edib ki, ayıq məmurların iştirakı və İslam partiyasının üzvləri və tərəfdarlarının mənzillərində axtarış nəticəsində çoxlu miqdarda silah-sursat aşkarlanıb.

Hicaba qadağa etirazlarının genişlənməsi ardınca, ötən aydan silah-sursat saxlamaq ittihamı ilə islamçı fəalların həbsinə başlanıb.

Azərbaycan Respublikasının intizam və məhkəmə orqanlarının yalnız hakim şəxslərin mənafeyinin irəlilətməsi ardınca olduqlarını qeyd edən siyasi ekspert Zərdüşt Əlizadə bu barədə deyib: Sovet İttifaqı rejimi də 1937-ci ildə öz müxaliflərini aradan qaldırmaq üçün silah-sursat saxlamaq və hakimiyyəti devirmək ittihamlarını irəli sürürdü.

  • Yazılıb
  • da (də) 2011 Feb 05